Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı oldu
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
1 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
XİN-dən Milli.Az-a verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, eləcə də regionda mövcud vəziyyət ətrafında müzakirə aparılıb.
Seyid Abbas Əraqçi tərəfindən İranın son sülh təşəbbüsləri və regionda müharibə vəziyyətinə son qoyulması istiqamətində mövqeyi barədə məlumat verilib.
Tərəflər regionda sabitliyin və təhlükəsizliyin təmin olunması, gərginliyin azaldılması istiqamətində səylərin vacibliyi vurğulayıblar.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 01 May 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















