Ceyhun Bayramovdan MÜHÜM AÇIQLAMALAR
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Özbəkistan 24" telekanalına bildirib.
Onun sözlərinə görə, iki ölkə prezidentlərinin dövlət səfərləri artıq gözəl bir ənənəyə çevrilib: ötən il Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər edib, bu il isə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda dövlət səfərindədir.
"Biz bütün istiqamətlər üzrə artan dinamikanı görürük. Bu gün (23 avqust - red.) bu səfərin yekunları üzrə 13 sənəd imzalanıb. Ən əsas sənədlər ölkələrimiz arasında Əbədi dostluq haqqında Müqavilə, Dövlətlərarası Şuranın üçüncü iclasının yekun qərarı, eləcə də ən müxtəlif sahələri əhatə edən 11 əlavə sənəddir. Çox sayda yeni layihəyə start verilib. Regionlararası forum (22 avqust - red.) böyük uğur və nəticə ilə keçib", - nazir bildirib.
Bayramov qeyd edib ki, hər bir dövlət səfəri ikitərəfli münasibətlərə əlavə təkan verir. O, Özbəkistanın inkişafından məmnunluğunu ifadə edərək vurğulayıb ki, onun səfərləri arasındakı hətta qısa müddət belə Daşkənddə və ölkənin regionlarında dinamik dəyişiklikləri görməyə imkan verir.
"Özbəkistanın nüfuzu beynəlxalq platformalarda dinamik şəkildə, durmadan artır", - C.Bayramov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 24 Avqust 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















