Ceyhun Kərəmov: “Bu gün 50%ə yaxın təhsil müəssisələrimizdə məcburi köçkün ailələri yaşayırlar”
Icma.az, Apa.az saytına istinadən bildirir.
"Qarabağ müharibəsi dövründə məcburi köçkün vətəndaşlarımız bir sıra təhsil müəssisələrinin infrastrukturunda məskunlaşmışdı, bu gün də 50%-ə yaxın təhsil müəssisələrimizdə məcburi köçkün ailələri yaşayır”.
APA xəbər verir ki, bunu "Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu" mövzusunda müzakirədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
O bildirib ki, Qarabağ Zəfərindən sonra həmin vətəndaşlarımız öz doğma yurdlarına qayıtdıqca yeni təhsil müəssisələri üçün müasir infrastrukturun yaradılması və daha keyfiyyətli təhsil şəraitinin təmin edilməsi prosesi davam edir: “Son illərdə Bakıda, Gəncədə, Bərdədə, Qəbələdə, İsmayıllıda, Cəlilabadda və Lənkəranda yeni peşə təhsil müəssisələri tikilib. Hal-hazırda Qubada, Qaxda, Tovuzda və digər rayonlarımızda yeni peşə təhsil müəssisələrinin layihələndirilməsi və tikinti işləri davam edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 14 Yanvar 2025 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















