Icma.az
close
up
RU
Çeynəməyə vaxt yoxdur, uşaq qidanı udur 5 dəqiqəlik tənəffüs sağlamlığı necə məhv edir?

Çeynəməyə vaxt yoxdur, uşaq qidanı udur 5 dəqiqəlik tənəffüs sağlamlığı necə məhv edir?

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

“Uşaqların tələsik və sürətli şəkildə qidalanması, qidanın ağızda yetərincə çeynənməməsi qastrit və mədə-bağırsaq pozuntularına səbəb ola bilər".

Bunu “Yeni Sabah”a tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

O, Gəncədə məktəblilərin dönərdən zəhərlənməsi hadisəsi əsnasında yenidən gündəmə gəlmiş şagirdləin qidalanması mövzusunda narahatlıqlara rəyini bildirib.

Hazırda məktəblərdə tənəffüslərin cəmi 5 dəqiqə, böyük tənəffüsün isə 10 dəqiqə olması şagirdlərin yemək vaxtını minimuma endirir. Uşaqlar qısa müddətdə həm yemək tapmağa, həm növbəyə dayanmağa, həm də sürətlə qidalanmağa çalışırlar. 

“Məncə, təhsil sahəsində beynəlxalq təcrübə mütləq nəzərə alınmalıdır, - deyə Adil Qeybulla qeyd edib. - Uşaqların dərs zamanı müəyyən fasiləyə ehtiyacı var. Bu, dərs yükünün və psixoloji gərginliyin bölünməsi üçün vacibdir.

Dünyanın bir çox ölkəsində dərs prosesi tamamilə başqa cür strukturlaşdırılır. Şagirdlərin qidalanması və istirahəti üçün normal vaxt ayrılmalıdır.

Bundan başqa, məktəblərimiz çox pis vəziyyətdir. Təhsil müəssisələrinin həyətində və ya onlara yaxın ərazilərdə müxtəlif kiosklar fəaliyyət göstərir. Bu kiosklarda energetik içkilər, “Fanta”, “Cola” və digər zərərli məhsullar satılır. Şagirdlər tənəffüs zamanı həmin içkiləri alıb içirlər”.

Adil Qeybulla müəllimlərin bu prosesdə mühüm rol oynadığını qeyd edib:

“Müəllimlər uşaqlara xəbərdarlıq etməli və onları maarifləndirməlidirlər. Çünki uşaqların diqqəti ən çox müəllimin üzərində olur və onlar müəllimin sözünə valideynlərinkindən daha artıq önəm verirlər. Ona görə də bu mövzuda müəllimlər fəal təbliğatçı rolunda çıxış etməlidirlər.

Böyüməkdə olan uşaq orqanizmini hər cür neqativ təsirlərdən və pis vərdişlərdən qorumaq üçün müəyyən tədbirlər mexanizminin yaradılması vacibdir. Məsələn, relaksasiya tədbirləri təşkil etmək, qısametrajlı maarifləndirici filmlər nümayiş etdirmək və uşaqlara bu məsələləri izah etmək mümkündür”.

Onun fikrincə, problem yalnız qidalanma ilə deyil, ümumi təhsil yanaşması ilə bağlıdır:

“Bu, təhsil prosesinin bir hissəsidir. Təhsil prosesi odur ki, biz uşağı necə böyüdürük, onun beynini hansı məlumatlarla zənginləşdiririk, onu sosial həyata necə inteqrasiya edirik və s. Bütün bu mərhələlər düzgün və məqsədyönlü şəkildə qurulmalıdır. Mən düşünürəm ki, inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etsək, daha uğurlu nəticələr əldə edə bilərik.

Əlbəttə, bəzi sahələrdə formal olaraq islahatlar aparılsa da, təəssüf ki, yanaşmamız hələ də köhnə düşüncə tərzində qalır”.

Professor, həmçinin tələsik yeməyin şagirdlərdə mədə-bağırsaq problemlərinə gətirib çıxara biləcəyini qeyd edib:

“Uşaqların tələsik və sürətli şəkildə qidalanması, qidanın ağızda yetərincə çeynənməməsi qastrit və mədə-bağırsaq pozuntularına səbəb ola bilər. Uşaqlar qida qəbul edərkən tamamilə rahat və sakit olmalıdırlar. Bu isə vaxt tələb edir və həmin vaxt da yetərincə adekvat şəkildə ayrılmalıdır”.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Dekabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri