Ceyran Rəhimovadan aparıcılara irad: “Tamaşaçının nəyinə lazımdır?”
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
"Aparıcı, müğənni, aktrisa – bunlar hamısı başqadır. Mən düşünürəm ki, aparıcı öz məişətini təqdim etməməlidir. Bişmiş qazanın içini tamamilə tamaşaçıya göstərmək lazım deyil".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Ceyran Rəhimova “Sevilən səhər” proqramında deyib. O, aparıcıların şəxsi həyatlarını tamaşaçı ilə bölüşməsinin tərəfdarı olmadığını bildirib:
Mən bu gün nə yedim, kimə yardım etdim, kimlə qalmaqal etdim. Bunlar tamaşaçının nəyinə lazımdır? Mənim qalmaqalım yoxdur, belə şeylərdən çox uzağam. Sosial şəbəkənin də aktiv istifadəçisi deyiləm.
Aparıcılar öz məişətini qapalı saxlamırlar. Qapalı saxlasalar, daha maraqlı, baxımlı olarlar. Tamaşaçı maraqlanar ki, görəsən, bu gün haradaydı? Bu şeylər məndə bir az qapalıdır”.
Qeyd edək ki, C.Rəhimova tezliklə Space TV-də “Sən bir nəğmə, mən bir nəğmə” verilişi ilə tamaşaçıların görüşünə gələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 06 Oktyabr 2026 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















