Ceyson Momoa ailəsi ilə təxliyə edildi
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Havay adalarında baş verən güclü fırtına və daşqınlar nəticəsində Hollivud ulduzu Ceyson Momoa ailəsi ilə birlikdə Oahu adasının şimal sahillərindən təxliyə edilib.
Axşam.az xəbər verir ki, təbii fəlakət son 20 ildə regionda qeydə alınan ən güclü daşqın kimi qiymətləndirilir. Momoa bildirib ki, cümə günü elektrik enerjisi kəsilib, həmçinin Vahiava bəndinin yarılması təhlükəsi kütləvi təxliyəyə səbəb olub.
Pis hava şəraiti səbəbindən o, həftəsonuna planlaşdırılan musiqi tədbirini də ləğv etməyə məcbur qalıb.
Momoa sosial şəbəkədəki müraciətində yerli sakinləri bir-birinə dəstək olmağa çağırıb.
Havay ştatının qubernatoru Coş Qrin isə bildirib ki, hadisə nəticəsində insan itkisi qeydə alınmayıb. Honolulu şəhər rəhbərliyinin məlumatına görə, 230-dan çox şəxs xilasedicilər tərəfindən təxliyə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 24 Mart 2026 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















