Changan Zil lə toqquşdu, sürücü belə xilas olundu VİDEO
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Abşeronda yol qəzası olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Masazır qəsəbəsi ərazisində qeydə alınıb.
“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Changan" markalı minik avtomobili və “ZİL” markalı yük avtomobilinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşın deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 19 yaşlı Məmmədov Nihad Fərhad oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 14 Oktyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















