ChatGPT artıq bu gün həkimlərin 99% indən daha yaxşıdır VİDEO
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tanınmış amerikalı investor və vençur kapitalisti Mark Andrissen süni intellektin tibb sahəsindəki imkanları barədə sensasiyalı iddia ilə çıxış edib. O, "həkim ChatGPT"nin artıq indidən tibb işçilərinin mütləq əksəriyyətini əvəz edə biləcək səviyyədə olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, investor bu barədə media platformalarına verdiyi şərhində qeyd edib.
"Əslində, “həkim ChatGPT” artıq bu gün tibb işçilərinin 99%-indən daha yaxşı həkim olmaq qabiliyyətinə malikdir. Anlayıram, həkimlər bu cür bəyanatları xoşlamırlar, amma reallıq budur", - deyə Andrissen vurğulayıb.
İnvestorun sözlərinə görə, tibb sahəsində ən vacib amil həkimin bütün aktual məlumatlara dərhal çıxışının olmasıdır. Lakin heç bir insan hər il işıq üzü görən tibbi ədəbiyyatın, yeni araşdırmaların və elmi materialların hamısını oxuyub yadda saxlamaq iqtidarında deyil. Süni intellekt isə ən son elmi məlumatları anında təhlil edə bildiyi üçün böyük üstünlüyə sahibdir.
Andrissen xüsusilə dərmanların qarşılıqlı təsiri və əks-göstərişləri məsələsinə diqqət çəkib:
"İnsanlar, xüsusən də yaşlandıqca, nadir hallarda yalnız bir xəstəlikdən əziyyət çəkirlər. Adətən eyni vaxtda üç, beş, yeddi, hətta on fərqli sağlamlıq problemi yaranır və buna uyğun olaraq onlara bir neçə çeşiddə dərman təyin edilir. Bu preparatların bir-biri ilə mürəkkəb qarşılıqlı təsirini hesablamaq insan beyni üçün həqiqətən çox çətin tapşırıqdır. Amma 'həkim ChatGPT'nin hər an əl altında olması və yüksək keyfiyyətli tövsiyələr verməsi, sonda bu cür texnologiyaların tibbə tətbiqini qaçılmaz edəcək".
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 01 İyul 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















