ChatGPT də reklamlar olacaq
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
OpenAI-nin "ChatGPT" tətbiqinin Android beta versiyasında reklam xüsusiyyətlərinə dair kod sətirləri aşkar edilib.
Milli.Az xəbər verir ki, 1.2025.329 beta versiyasında "reklam xüsusiyyəti", "axtarış reklamı" və "bazar məzmunu" qeydləri mövcuddur. Bu, hələ ictimaiyyət üçün əlçatan olmasa da, OpenAI-nin platformada reklam təqdim etməyə hazırlaşdığını göstərir.
Aylar əvvəl "The Information" nəşri OpenAI-nin yaddaş və istifadəçi söhbətlərinə əsaslanan reklamları ChatGPT-də sınaqdan keçirməyi düşündüyünü xəbər vermişdi.
Güman edilir ki, ilkin mərhələdə reklam modulları yalnız axtarış funksiyalarına inteqrasiya olunacaq, lakin gələcəkdə bu, süni intellekt ilə digər qarşılıqlı əlaqə növlərinə də şamil oluna bilər.
Son məlumatlara əsasən, hər həftə təxminən 800 milyon insan "ChatGPT"dən istifadə edir, gündəlik sorğu sayı isə təxminən 2.5 milyarddır. Ən böyük istifadəçi bazasına malik ölkə Hindistandır və o, bu göstəricidə ABŞ-ni geridə qoyub.
Milli.Az
Baxış sayı:60
Bu xəbər 01 Dekabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















