Icma.az
close
up
RU
“ChatGPT” enerji sərfiyyatını dəyişir RƏQƏMLƏR

“ChatGPT” enerji sərfiyyatını dəyişir RƏQƏMLƏR

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Süni intellektin artan enerji sərfiyyatı ilə bağlı narahatlıqlar gündəmə gəlib. Yeni araşdırmalar bir “ChatGPT” sorğusunun enerji sərfiyyatının istifadə edilən modelə və sorğunun mürəkkəbliyinə görə 50 dəfəyə qədər dəyişə bildiyini üzə çıxarıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “OpenAI” şirkətinin baş direktoru Sam Altman, bu barədə verdiyi açıqlamada “Orta hesabla bir “ChatGPT” sorğusu, bir sobanın bir saniyədə sərf etdiyi enerjiyə bərabərdir”,- deyib.

Bu açıqlama süni intellekt texnologiyalarının ətraf mühitə təsiri ilə bağlı müzakirələri yenidən alovlandırıb. Lakin ekspertlər bildirir ki, bu sahədə “orta” göstəricilər yanıldıcı ola bilər. Böyük dil modellərinin (LLM) yüksək enerji sərfiyyatının əsas səbəbi onların sahib olduqları nəhəng parametr sayı ilə bağlıdır. Məsələn, “GPT-4” modelinin bir trilyondan artıq parametrə malik olduğu ehtimal edilir.


Bu modellər dünya üzrə yerləşən iri server mərkəzlərində, minlərlə yüksək gücə malik GPU ilə fəaliyyət göstərir. 2024-cü ilin iyununda aparılan və 14 fərqli açıq mənbəli süni intellekt modelini əhatə edən araşdırmada bəzi modellərin digərlərindən 50 dəfə artıq enerji sərf etdiyi və karbon emissiyası yaratdığı məlum olub.
Xüsusilə məntiqi analiz və düşünmə tələb edən tapşırıqlar üçün nəzərdə tutulan modellər, sadə sorğulara cavab verən modellərlə müqayisədə daha çox enerji sərf edir.
 

İstifadəçilər nə etməlidir?


Ekspertlərə görə, süni intellektin ətraf mühitə təsirini azaltmaq üçün istifadəçilərin də bəzi addımlar atması vacibdir:

“Sadə sorğular üçün ağır modellərdən istifadə etməmək, sorğular zamanı “zəhmət olmasa”, “təşəkkür edirəm” kimi əlavə sözlərdən çəkinmək lazımdır. Çünki bu cür sözlər belə sistemin emal gücünü artıraraq enerji sərfiyyatını yüksəldə bilər”.


Mütəxəssislər bildirirlər ki, düzgün model seçimi və məqsədəuyğun istifadə süni intellektin daha davamlı və ekoloji cəhətdən zərərsiz istifadəsi üçün mühüm rol oynaya bilər.

Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 İyul 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri