“ChatGPT”nin danışıq tərzi dəyişir: Yeniliklər açıqlandı
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
“OpenAI GPT-5” yeniləməsi ilə bağlı istifadəçilərdən gələn rəyləri nəzərə alaraq çatbotun ünsiyyət tərzində dəyişikliklər etdiyini açıqlayıb. Şirkət bildirib ki, bəzi istifadəçilərin daha “soyuq” və rəsmi hesab etdiyi model bundan sonra daha səmimi ifadələrdən istifadə edəcək. Avtosfer.az Sfera.az-a istinadən xəbər verir ki, “OpenAI” bu ay “GPT-5” modelini təqdim edərkən onun daha faydalı və insanyönümlü süni intellekt köməkçisi olacağını vurğulayıb. Lakin yeniləmədən sonra bir sıra istifadəçilər “ChatGPT”-nin əvvəlki versiyalarla müqayisədə daha məsafəli danışdığını qeyd ediblər.
İstifadəçilərin rəylərindən sonra “OpenAI” modelin üslubuna kiçik dəyişikliklər etməyə qərar verib. Belə ki, “ChatGPT” artıq söhbətlər zamanı “Gözəl sualdır” və ya “Yaxşı başlanğıcdır” kimi qısa və nəzakətli ifadələr işlədərək daha isti ünsiyyət quracaq.
Şirkət vurğulayıb ki, bu yenilik istifadəçilərə xoş görünmək və ya onları təsdiqləmək məqsədi daşımır. Məqsəd yalnız istifadəçi təcrübəsini yaxşılaşdırmaq və ünsiyyəti daha təbii etməkdir.
Bununla yanaşı, “OpenAI” istifadəçilərə əvvəlki model olan “GPT-4o” versiyasına qayıtmaq imkanı da yaradacağını açıqlayıb. Bu addım fərqli ünsiyyət tərzinə üstünlük verən istifadəçilərə seçim azadlığı təqdim edəcək.
Qeyd edək ki, “OpenAI” daha əvvəl “ChatGPT”-nin həddindən artıq təsdiqləyici və istifadəçi yönümlü davranışına görə tənqid olunub. Xüsusilə riskli və təhlükəli mövzularda bu yanaşmanın yanlış istiqamətləndirmələrə səbəb ola biləcəyi bildirilirdi. Şirkət yeni dəyişikliklərlə səmimiyyət və təhlükəsizlik arasında balans yaratmağa çalışdığını qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 07 İyun 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















