Icma.az
close
up
RU
İrəvanda tarixi təhrif edən İran səfirinə Bakıdan sərt cavab

İrəvanda tarixi təhrif edən İran səfirinə Bakıdan sərt cavab

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın Ermənistandakı səfiri Xəlil Şirqolami İrəvandakı tarixi Göy Məscidin Azərbaycana məxsus olması ilə bağlı faktları təhrif edərək məscidin yalnız "fars mənşəli" olduğunu iddia edib.

Turkustan.az xəbər verir ki, diplomat Azərbaycan mediasında abidənin tarixi və mədəni kimliyi ilə bağlı dərc olunan materiallara münasibət bildirərkən məscidin memarlıq üslubunun İran köklərinə dayandığını irəli sürüb.

Səfirin sözlərinə görə, ibadətgahın görünüşü onun kimliyinə heç bir şübhə yeri qoymur: "Məscidin dizaynında, hər bir firuzəyi ornamentində, hər qarışında İran memarlıq üslubu görünür. Ümumi ab-hava da buranın İran məscidi olduğunu aydın şəkildə göstərir. İrəvanda yerləşən bu abidə vaxtilə burada mövcud olmuş digər məscidlər kimi, islam və erməni xristian incəsənətinin ortaq məkanda dinc yanaşı yaşamasının ən gözəl nümunəsidir".

Xəlil Şirqolami məscidin Hüseynəli xanın dövründə inşa edildiyini xatırlatsa da, onun məhz İrəvan xanlığının hökmdarı və türk olması faktının üzərindən sükutla keçərək, xanın guya "erməni-İran mədəni əlaqələrinin inkişafına böyük töhfə verdiyini" iddia edib.

Diplomat çıxışının sonunda "İrəvandakı Göy Məscid hər zaman erməni-İran irsinin bir hissəsi olub və belə də qalacaq" deyə vurğulayıb.

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, diplomatın abidəni yalnız "İran-erməni irsi" kimi təqdim etməsi tarixi reallıqların məqsədli şəkildə saxtalaşdırılması və siyasi konyunkturaya qurban verilməsidir.

Onun sözlərinə görə, 1766-cı ildə İrəvan xanı Hüseynəli xan Qacar tərəfindən inşa etdirilmiş Göy Məscid bilavasitə Azərbaycan dövlətçilik tarixinin və Naxçıvan-İrəvan memarlıq məktəbinin ayrılmaz tərkib hissəsidir. Kamran Məmmədli qeyd edib ki, diplomatın çıxışında vaxtilə İrəvanda mövcud olmuş digər məscidlərə toxunması əslində özü-özünü ifşa edən bir məqamdır: ​"İran səfirinin bu bəyanatı sadəcə tarixi savadsızlıq deyil, həm də Tehran-İrəvan siyasi tandeminin Azərbaycana qarşı yönəlmiş növbəti ideoloji təxribatıdır. Səfir "vaxtilə burada mövcud olmuş digər məscidlər'" deyərkən, XIX əsrin əvvəllərində İrəvanda fəaliyyət göstərən 8 məsciddən yeddisinin erməni vandalları tərəfindən yerlə-yeksan edilməsi faktının üzərindən bilərəkdən sükutla keçir. İslam həmrəyliyindən danışan bir ölkənin səfiri müsəlman abidələrini dağıdanlarla bir cəbhədə dayanaraq, sağ qalan yeganə Azərbaycan məscidini "fars irsi'"elan edir. Bu, həm tarixi həqiqətlərə, həm də bölgədəki Azərbaycan yaddaşının silinməsi siyasətinə verilən açıq dəstəkdir. Məscidi tikdirən Hüseynəli xan Qacarın etnik və siyasi kimliyini danmaq mümkün deyil və Tehranın bu cür ucuz diplomatik gedişləri Qərbi Azərbaycandakı tarixi izlərimizi heç vaxt silə bilməyəcək".

​Bunun əksinə olaraq, İranın rəsmi dairələri, diplomatik korpusu və bir sıra sənətşünaslar məscidin mənşəyini İran mədəniyyət sferası ilə əlaqələndirirlər. Səfir Xəlil Şirqolami və bu mövqeyi müdafiə edən mütəxəssislər abidənin memarlıq quruluşunu, həndəsi ornamentlərini və xüsusilə firuzəyi kaşı işləmələrini Səfəvi və Qacarlar dövrü İran memarlıq ənənələrinin birbaşa davamı hesab edirlər. Bu tərəfin arqumentlərinə əsasən, tarixi İrəvan xanlığı həmin dövrdə İranın inzibati-siyasi təsir dairəsində mövcud olub və buna görə də bölgədə yaradılan memarlıq nümunələri İran mədəni irsinə aiddir. İran və Ermənistan rəsmiləri həmçinin abidənin 1990-cı illərdə İran tərəfinin maliyyə və texniki dəstəyi ilə bərpa edilməsini vurğulayaraq, məscidin bu gün iki ölkə arasındakı mədəni əməkdaşlığın və dinlərarası dialoqun nümunəsi kimi fəaliyyət göstərdiyini bildirirlər.

Qeyd edək ki, tarixi faktlara əsasən, İrəvandakı Göy Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xan Qacarın əmri ilə inşa etdirilib və Azərbaycan memarlıq məktəbinin nadir incilərindən biri hesab olunur. Səfirin İrəvanda "vaxtilə mövcud olmuş digər məscidlər" ifadəsini işlətməsi isə xüsusilə diqqət çəkir — belə ki, XIX əsrin əvvəllərində İrəvanda 8 məscid fəaliyyət göstərsə də, onlardan 7-si sonradan ermənilər tərəfindən tamamilə dağıdılıb, yalnız Göy Məscid saxlanılıb. /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Noyabr 2026 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri