Hakan Fidan suriyalı həmkarını Ankarada qəbul etdi
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə və Suriya arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub.
Turkustan.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və suriyalı həmkarı Əsəd Həsən Şeybani Ankarada birgə mətbuat konfransı keçiriblər.
Hakan Fidan görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətləri, xüsusilə müdafiə və təhlükəsizlik məsələlərini müzakirə etdiklərini bildirib. O, həmçinin Məkkə Sazişinə yeni iştirakçıların qoşulmasından məmnunluğunu ifadə edib.
Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani isə 700 min suriyalının ölkəsinə qayıtdığını açıqlayıb. O, Türkiyə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinin də gündəmdə olduğunu vurğulayıb.
“Dəməşq və İzmir arasında birbaşa uçuşlar məsələsi müzakirə olunur. Həmçinin dəmir yolu əlaqəsinin yaradılması prosesini sürətləndirəcəyik”, – deyə Şeybani bildirib.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 17 Noyabr 2026 23:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















