ChatGPT nin işində genişmiqyaslı nasazlıq baş verib
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"OpenAI" şirkətinin "ChatGPT" çat-botunun işində genişmiqyaslı nasazlıq baş verib. Bir sıra ölkələrdən olan istifadəçilər xidmətdən istifadə zamanı problemlərlə üzləşdiklərini bildiriblər.
AZXEBER.COM xəbər verir ki, nasazlıq barədə məlumatlar "Detector404" və "Downdetector" monitorinq xidmətləri tərəfindən təsdiqlənib.
"Detector404"ün Bakı vaxtı ilə saat 18:48-ə olan məlumatına görə, sistemdəki problemlərdən ən çox Almaniya (5%), ABŞ (5%), Niderland (4%), Rusiya (3%) və Böyük Britaniya (3%) istifadəçiləri şikayət ediblər. Qeyd olunur ki, bu göstəricilər region əhalisinin sayına uyğunlaşdırılıb. "Downdetector" saytında isə Portuqaliya, Yunanıstan, Azərbaycan və Polşa kimi ölkələrdən də nasazlıqlarla bağlı çoxsaylı müraciətlər daxil olub.
Məlumata əsasən, şikayətlərin sayı Bakı vaxtı ilə saat 17:15-dən sonra əhəmiyyətli dərəcədə artmağa başlayıb. Saat 18:53-ə olan statistikaya görə, son sutka ərzində sistemə giriş və funksionallıqla bağlı təxminən 1 400 şikayət qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 19 İyul 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















