ChatGPT nin işində problem yarandı
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ-da minlərlə istifadəçi “OpenAI” şirkətinə məxsus məşhur “ChatGPT” servisində nasazlıqların yarandığını bildirib.
Globalinfo.az xəbər verir ki, bu, “Downdetector” platformasının məlumatlarında yer alıb.
Son yarım saat ərzində 3,3 mindən çox insan xidmətin düzgün işləmədiyini qeyd edib.
Xatırladaq ki, “ChatGPT” 2022-ci ildə təqdim edilib və istifadəçilərlə interaktiv dialoq aparmaq bacarığı ilə qısa müddətdə böyük populyarlıq qazanıb. O, həm sualları cavablandıra, həm də öz səhvlərini etiraf edə, yanlış arqumentləri müzakirə edə və qeyri-münasib sorğuları rədd edə bilir.
Servisin imkanları bütün dünyada, o cümlədən Azərbaycanda geniş maraq doğurub.
Aysel Əliyeva
Globalinfo.az
Baxış sayı:91
Bu xəbər 25 Aprel 2025 01:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















