Icma.az
close
up
RU
“ChatGPT yə maraq partladı: Azərbaycan və region sürətlə rəqəmsallaşır

“ChatGPT yə maraq partladı: Azərbaycan və region sürətlə rəqəmsallaşır

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elvin Abbasov: "Böyük dil modelləri iqtisadiyyata təkan verir, amma təhlükəsizlik boşluğu yaradır”


Süni intellekt, xüsusilə də böyük dil modelləri (BDM) qlobal miqyasda sürətlə yayılaraq müxtəlif sahələrdə tətbiq olunur. Azərbaycanda və regionda da bu texnologiyalara maraq artır. İnsanlar süni intellekti rəqabət üstünlüyü əldə etmək, işlərini optimallaşdırmaq və yaradıcı fəaliyyətlərini genişləndirmək üçün yeni imkan kimi görürlər.


Bakıda keçirilən tədbirdə OpenAI şirkətinin məsləhətçisi Zak Kass bildirib ki, hazırda süni intellekt sahəsində üç əsas trend müşahidə olunur və bunlardan biri modellərin işləmə xərclərinin (“inference costs”) sürətlə azalmasıdır. Bu, internetin ucuzlaşmasının inkişaf etməkdə olan ölkələrə verdiyi təkanla müqayisə edilir. Eləcə də Afrika, Mərkəzi Asiya, Hindistan kimi regionlarda ChatGPT istifadəsinin artmasına səbəb olur.

Süni intellektin geniş tətbiqi yeni imkanlar yaratsa da, eyni zamanda etik və təhlükəsizlik baxımından risklər də doğurur. 


Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Sherg.az-a regionda BDM-lərə artan marağın səbəbləri, onların faydaları və zərərlərindən danışıb:



"Son illərdə Azərbaycanda və bütövlükdə regionda ChatGPT və digər böyük dil modellərinə marağın artması müşahidə olunur. İnsanlar bu texnologiyanı rəqabətdə üstünlük qazanmaq, iş proseslərini sürətləndirmək və yaradıcılıq imkanlarını genişləndirmək üçün yeni vasitə kimi dəyərləndirirlər. Bu tendensiyanın əsas səbəblərindən biri süni intellekt alətlərinin həm sadə istifadəçiyə, həm də biznes və dövlət strukturlarına real fayda verməsidir.

Marağın artmasının səbəbləri sırasında informasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsallaşmanın həyatın bütün sahələrinə nüfuz etməsi, həmçinin Azərbaycan da daxil olmaqla region ölkələrində gənclərin innovativ texnologiyalara açıq olması dayanır. Xüsusilə də böyük dil modellərinin lokal dillərdə istifadəsi və müxtəlif xidmətlərə inteqrasiyası bu alətlərə marağı daha da artırır.

Faydaları baxımından bu texnologiyalar iş yükünün azaldılması, məlumatların daha səmərəli təhlili, təhsil, elm və biznes sahələrində yeni imkanların yaradılması ilə seçilir. Məsələn, tələbələr və tədqiqatçılar məlumat axtarışını asanlaşdırır, şirkətlər isə müştəri xidmətlərində və daxili əməliyyatlarda daha yüksək səmərəlilik əldə edirlər".


Mütəxəssis süni intelektin zərərli tərəflərindən də söz açıb:

"İstifadəçilərin şəxsi məlumatlarının qorunması, yanlış və ya manipulyativ məlumatların yayılması, həmçinin süni intellektdən asılılığın artması müəyyən risklər yaradır. Bu baxımdan süni intellektin istifadəsi balanslı şəkildə, etik prinsiplərə əsaslanaraq həyata keçirilməlidir.

İnformasiya təhlükəsizliyi baxımından, böyük dil modelləri həm imkan, həm də risk daşıyır. Bir tərəfdən, onlar kibertəhlükəsizlik sistemlərinin gücləndirilməsində istifadə oluna bilər. Digər tərəfdən isə süni intellekt texnologiyalarının sui-istifadəsi-məsələn, fişinq hücumlarının avtomatlaşdırılması və ya saxta mətnlərin yaradılması təhlükəsizlik problemlərini daha da aktuallaşdıra bilər".


Müsahibimiz regionda ChatGPT və digər böyük dil modellərinə marağın artmasının qlobal tendensiyalarla üst-üstə düşdüyünü bildirib:

"Bu vəziyyət həm rəqəmsal iqtisadiyyatın inkişafına təkan verir, həm də dövlət və ictimaiyyət qarşısında yeni çağırışlar yaradır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Sentyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri