Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

CHP dəki proseslər demokratiyanın göstəricisidir Tural Abbaslı

CHP dəki proseslər demokratiyanın göstəricisidir Tural Abbaslı

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Polis CHP binasına basqın etməyib, məhkəmənin qərarını icra edib

"Özgür Özəl çalışacaq ki, tərəfdarlarını çoxaltsın və Kılıçdaroğlunu tez bir zamanda yeni qurultay keçirməyə məcbur etsin ki, özü yenidən partiyanın başına keçsin"

"Kılıçdaroğlu isə çalışacaq ki, yeni qurultay məsələsi uzansın, ən azı bir-iki il davam etsin və həmin müddətdə Özgür Özəlin dayaqlarını zəiflədərək növbəti qurultaya daha güclü və ya alternativsiz namizəd kimi çıxsın"

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında (CHP) baş verən son hadisələr ölkə siyasətində yeni gərginlik mərhələsi yaradıb. Ankara Bölgə Ədliyyə Məhkəməsinin qərarı ilə partiyanın hazırkı sədri Özgür Özəlin vəzifədən uzaqlaşdırılması və keçmiş sədr Kamal Kılıçdaroğlunun yenidən rəhbərliyə qaytarılması CHP daxilində ciddi qarşıdurmaya səbəb olub. Partiya qərargahı ətrafında yaşanan gərginlik, polis müdaxiləsi, etiraz yürüşləri və tərəflər arasında qarşılıqlı ittihamlar Türkiyə ictimaiyyətində geniş rezonans doğurub. Baş verənlər təkcə CHP daxilində hakimiyyət uğrunda mübarizə kimi deyil, həm də Türkiyədə müxalifətin gələcəyi və siyasi balans baxımından mühüm proses kimi qiymətləndirilir.

AĞ Partiyanın sədri Tural Abbaslı “Sherg.az”a söyləyib ki, Türkiyədəki demokratiyanın, məhkəmə azadlığının, ədalətli məhkəmə prosesinin tərkib hissəsi kimi görür:

“CHP daxilində baş verən proseslər nədir? Bir CHP-linin başqa CHP-lilərdən şikayətinə baxılıb, məhkəmə qərar verib və iki ildən artıq əvvəl baş vermiş bir qurultayda saxtakarlıqlara görə həmin qurultayın qərarını ləğv edib. Qərara görə də köhnə rəhbərlik geri qayıdıb. Əslində istənilən siyasi hakimiyyət üçün belə bir qərarın verilməsi daha böyük problem yaradar. Məsələn, mən sizə əmin edirəm ki, bu qərarın verilməsi AK Partiyaya daha böyük problem yaradacaq, nəinki məhkəmə qurultayı qüvvədə saxlasaydı. Çünki məhkəmə qərar verdi, Özgür Özəl dedi ki, biz bunu saymırıq, çıxmırıq. Nəticədə ana müxalifət daxilində gərginlik yarandı, bütün dünya mediası bu xəbəri yaydı. Yəni dolayısı ilə AK Parti bu məsələdə daha çox itirir. Hansı ki, özünə aid olmayan bir məsələdir. Şikayət verənlər CHP-lilərdir, şikayət olunanlar CHP-lilərdir, baxılan məsələ CHP daxilindədir, gedən də CHP-lilərdir, gələn də CHP-lilərdir. Amma bunun neqativ təsirlərini AK Parti iqtidarı çəkir. Yəni burada bir daha sübut olunur ki, məhkəmələr ədalətlidir, məhkəmələr azaddır. Baxın, CHP-nin son qurultayından sonra müxtəlif konfranslarla bağlı ayrı-ayrı müraciətlər olmuşdu. Onların bəzilərinə rədd, bəzilərinə isə müsbət cavab verilib. Bu da o deməkdir ki, iqtidar məhkəmə prosesinə qarışmır və məhkəmələr özləri sərbəst şəkildə qərar verirlər. Bu, çox önəmlidir”.

Partiya sədri qeyd edib ki, ikinci məsələ dövlətin öz məhkəmə qərarlarına yanaşdığı hörmətdir:

“İndi siz sual verirsiniz ki, məsələn, polisin CHP binasına basqını. Əslində, bu basqın deyil. Məhkəmə tərəfindən rəsmi sədr kimi tanınan Kılıçdaroğlunun dövlət qurumlarına məhkəmə qərarının icrası ilə bağlı müraciətindən sonra bu addım atılıb. Kılıçdaroğlu müraciət edib ki, gəlin məhkəmə qərarını icra edin, məni öz kabinetimə, öz binama buraxmırlar. Dövlət də öz polisi və məhkəmə icraçıları vasitəsilə məhkəmə qərarını icra edib. Hətta dirəniş göstərənlər, polisin və məhkəmə icraçılarının qanuni qərarlarına müqavimət göstərənlər barədə cinayət işi açılması müzakirə olunur. Niyə? Çünki məhkəmə qərarını icra etmək həm iqtidarın, həm müxalifətin, həm də sadə vətəndaşın borcudur. Ona qarşı dirənmək olmaz. Yenə də burada şikayət tərəfi də CHP-dir, şikayət olunan tərəf də CHP-dir. Bu baxımdan, bunun özü də mənə görə demokratiyanın göstəricisidir”.

T.Abbaslının sözlərinə görə, CHP-nin gələcəyi necə olacaq, parçalanacaq, parçalanmayacaq -bunu zaman göstərəcək:

“Burada partiya daxilində rəqabət də var, demokratiya da var. Baxın, məsələn, məhkəmənin qərarından sonra demək olar ki, Özgür Özəlin bütün komandası vəzifəsiz qaldı və Kılıçdaroğlunun köhnə komandası hakimiyyətə gəldi. Möhür də onların əlindədir və istədikləri adamları çıxara, istədiklərini müxtəlif vəzifələrə təyin edə bilərlər. Amma CHP-nin deputatlarının əksəriyyəti, belə deyək, 130-140 deputatdan 80-ə yaxını Özgür Özəli dəstəklədiyini bəyan etdi və partiya rəhbərini yox, məhz Özgür Özəli Deputat Qrupunun rəhbəri seçdilər. Yəni əslində, bu gün CHP-nin əsas gücü olan parlament fraksiyasına Özgür Özəl rəhbərlik edəcək. Düşünürəm ki, bu proses bir az vaxt aparacaq. Kılıçdaroğlu mövqelərini möhkəmləndirməyə, sonra həmin deputatları razı salmağa çalışacaq. Təbii ki, Özgür Özəl də paralel olaraq parlamentdəki statusundan istifadə edərək, deputat qrupuna rəhbərlik etməklə CHP-nin rayon təşkilatlarının rəhbərləri ilə görüşəcək və hər kəs öz tərəfdarlarını artıraraq yeni reallıqlar yaratmağa çalışacaq. Hətta Özgür Özəl çalışacaq ki, tərəfdarlarını çoxaltsın və Kılıçdaroğlunu tez bir zamanda yeni qurultay keçirməyə məcbur etsin ki, özü yenidən partiyanın başına keçsin. Kılıçdaroğlu isə çalışacaq ki, yeni qurultay məsələsi uzansın, ən azı bir-iki il davam etsin və həmin müddətdə Özgür Özəlin dayaqlarını zəiflədərək növbəti qurultaya daha güclü və ya alternativsiz namizəd kimi çıxsın. Yəni bu bir mənada partiya böhranıdır, müəyyən qədər Türkiyə daxilində siyasi böhran da sayıla bilər. Amma hər halda bunun özünün mövcudluğu belə demokratiya nümunəsidir. Mən bunu müsbət hal kimi qarşılayıram. Çünki yenə deyirəm, bu o deməkdir ki, istər müxalifətdə, istər iqtidarda hər kəs sözünü deyə , mövqeyi uğrunda mübarizə apara bilir və bunun üçün platforma var. Hər nə olur-olsun, Türkiyəmizə xeyirli-uğurlu olsun. Əsas olan budur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 May 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri