Icma.az
close
up
RU
 CHP nin Türkiyə Azərbaycan siyasəti ideal olmayıb Tural Abbaslı

 CHP nin Türkiyə Azərbaycan siyasəti ideal olmayıb Tural Abbaslı

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tural Abbaslı: "İstər Kılıçdaroğlu dövründə, istərsə də digər rəhbərlərin dönəmində bu yanaşma hiss olunub"

Türkiyənin əsas müxalifət qüvvəsi olan Cümhuriyyət Xalq Partiyası (CHP) son aylarda yenidən daxili siyasi gərginliklərin mərkəzinə çevrilib. Partiyada rəhbərlik dəyişikliyindən sonra keçmiş sədr Kamal Kılıçdaroğlu ilə hazırkı sədr Özgür Özəl və onun komandası arasında yaşanan fikir ayrılıqları CHP-nin gələcəyi ilə bağlı müxtəlif müzakirələrə səbəb olub. Türkiyə mediasında partiya daxilindəki proseslərin yeni parçalanma riskləri yarada biləcəyi və ya rəhbərlik uğrunda mübarizənin daha da dərinləşə biləcəyi barədə iddialar səsləndirilir.

Qardaş ölkə olan Türkiyədə baş verən bu proseslər Azərbaycanda da maraqla izlənilir. CHP Türkiyənin ən böyük müxalifət partiyası olmaqla yanaşı, ölkənin daxili və xarici siyasətinə təsir göstərmək potensialını qoruyub saxlayır. Bu baxımdan partiyada yaşanan dəyişikliklərin Türkiyə-Azərbaycan münasibətlərinə mümkün təsirləri də diqqət mərkəzindədir.

Maraqlıdır, Azərbaycan siyasi dairələri CHP-də baş verən hadisələri necə qiymətləndirirlər? 

AĞ Partiyanın rəhbəri Tural Abbaslı Sherg.az-a söyləyib ki, CHP xarici siyasətində Türk-İslam yönümlü xətt yürütməyib:

“Yəni Türk və İslam dünyasına fokuslanan siyasət aparmayıb. CHP daha çox internasional və sol yönümlü siyasi xəttə üstünlük verib. Məsələn, partiya daxilində “Bizim Suriyada nə işimiz var?”, “Bizim Qarabağda nə işimiz var?” kimi mövqelər də səsləndirilib. Bu baxımdan CHP ilə Türkiyə-Azərbaycan münasibətləri hər zaman ideal səviyyədə olmayıb. İstər Kılıçdaroğlu dövründə, istərsə də digər rəhbərlərin dönəmində bu yanaşma hiss olunub. Lakin son hadisələrdən sonra Kılıçdaroğlunun “Biz Osmanlının varisi olaraq həm ərəb dünyasında, həm Qafqazda, həm də Qarabağda olmalıyıq” məzmunlu çıxışları oldu. Bu isə onu deməyə əsas verir ki, Kılıçdaroğlunun rəhbərliyi dövründə həm öz baxışlarında, həm də partiyanın yürüdüyü siyasətdə müəyyən dəyişikliklər baş verib. Ən azından Azərbaycan istiqamətində daha müsbət yanaşmanın formalaşdığı görünür. Amma Özgür Özəl daha gənc və iddialıdır. O və komandası Əkrəm İmamoğlunun təsiri altında formalaşan xətt yürüdürlər. Yəni onlar daha çox Qərb və ABŞ yönümlü siyasətə üstünlük verirlər. Bu səbəbdən, Azərbaycanla bağlı hansısa mürəkkəb vəziyyət yaransa, CHP-nin Qarabağ məsələsində AKP-nin sərgilədiyi qədər qəti mövqe tutacağını demək çətindir. Hər halda CHP hazırda müxalifətdədir və Türkiyənin xarici siyasətini müəyyənləşdirən qüvvə deyil. Türkiyənin xarici siyasətini AKP formalaşdırır və onların Azərbaycanla münasibətləri normal məcrada davam edir. Buna görə də məsələ hazırda xüsusi aktuallıq daşımır”.

Partiya rəhbəri qeyd edib ki, CHP daxilində baş verən proseslərə normal yanaşmaq lazımdır:

“Partiyalar dünyanın hər yerində canlı orqanizm kimidir. Orada rəqabət də olmalıdır, inkişaf da, bəzən parçalanmalar da. Yeni liderlər gəlir, köhnələr gedir, müxtəlif bəyanatlar və fikir ayrılıqları ortaya çıxır. Bu cür çalxalanmalar əslində həmin siyasi təşkilatın yaşadığını göstərir. Mən buna faciə kimi baxmıram. CHP-nin tarixində dəfələrlə belə proseslər yaşanıb. Müxtəlif dövrlərdə ayrılmalar, yeni siyasi qrupların yaranması və daxili rəqabət halları olub. Buna görə də baş verənləri faciə kimi deyil, siyasi təşkilatın təbii inkişaf mərhələsi kimi qiymətləndirmək lazımdır. Hətta AKP-nin özü də vaxtilə Rifah Partisindən ayrılan siyasi kadrların yaratdığı təşkilat kimi formalaşıb. Bu, faciə deyil. Əksinə, belə proseslərin ümumiyyətlə baş verməməsi, partiyaların fəaliyyətsiz və təsirsiz vəziyyətə düşməsi daha təhlükəli hesab oluna bilər”.

T.Abbaslı vurğulayıb ki, Azərbaycanda da siyasi partiyaların siyasi səhnədə daha fəal rol almasına şərait yaradılmalıdır:

“Partiyalar mövqe ortaya qoya bilməli, onların daxilində də rəqabət, müxtəlif qruplar və fikir müxtəlifliyi olmalıdır. Siyasi həyatın canlı qalması üçün bunlar vacibdir. Çünki ən sakit və ən sabit yer, məşhur ifadədə deyildiyi kimi, qəbiristanlıqdır. Yaşam, yenilənmə və inkişaf olan yerdə rəqabət də olur, fikir ayrılığı da, qarşıdurma da. Əsas məsələ bütün bunların qanunvericilik çərçivəsində və müasir siyasi normalara uyğun şəkildə baş verməsidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 İyun 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri