Icma.az
close
up
RU
CHP nin sayəsində 10 deputat yeri qazanan Davudoğlu: Onlar iqtidara gəlsəydi...

CHP nin sayəsində 10 deputat yeri qazanan Davudoğlu: Onlar iqtidara gəlsəydi...

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Haberler.com açıqlamalar verən Türkiyənin sabiq baş naziri, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu son prezident seçkilərində CHP-nin  namizədini dəstəkləməsindən, məhz bu partiyanın sayəsində 10 mandat qazanmalarından danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlunun Prezidentliyə namizədliyini dsəətkləməsi və onun sayəsində deputat erləri qazanmalarına sensasuya sayılacaq ifadələrlə cavablandırıb.

Davudoğlu, "Bu gün Parlamentdəki varlığınızı CHP-yə borclusunuzmu?" sualına cavabda deyib:  "Biz CHP-yə borclu deyilik. Həyatımda heç kimə heç nə borclu deyiləm. Baxın, heç vaxt heç kimə bir qəpik də borclu olmamışam, siyasi baxımdan da heç kimə borclu deyiləm. İndiki yerimə Allahın verdiyi və bəxş etdiyi nemətlər və millətimin dəstəyi ilə gəlmişəm. Nemət dedikdə, ağıl nemətini nəzərdə tuturam... 

Mən aristokratın övladı deyiləm. Anadolunun kəndindən öz zəhmətimlə gəlmişəm. Heç kimin dalınca düşməmişəm. Yaxşı alim olmasaydım, heç kim məni baş məsləhətçi təyin etməzdi. Yaxşı baş məsləhətçi olmasaydım, heç kim məni xarici işlər naziri təyin etməzdi. Hətta yaxşı xarici işlər naziri olmasaydım, baş nazir olmazdım. Amma həmişə cənab Prezidentə xeyirxahlığına görə təşəkkür etmişəm.

14 may 2023-cü il seçkilərinə gəldikdə, Allah xatirinə, CHP-yə nə borcluyam? Nə borcluyam? Həyatıma hər hansı bir töhfəniz oldumu? Kitablarıma, irəli sürdüyüm fikirlərə və düşüncələrə... Əksinə, strateji dərinliyə qarşı düşmənçilik göstərdiniz. Bəs sizinlə niyə bir araya gəldik? Açığını deyim, seçkilərdən sonra bu geniş kütlələrə revanşist impulsla zərər vermələrinin qarşısını almaq üçün onlara qoşuldum. Dedik, Demokrat millətçilər, demokratik mühafizəkarlar, demokratik dünyəvilər, sosial demokratlar gəlin bir araya gələk və revanşizmin qarşısını alaq. Bunu açıq və birbaşa buradan bildirirəm: Türkiyənin bu revanşizmə düşməsinin qarşısını almaq üçün itttifaqa - 6-lı Masaya razılaşdıq. Əgər prezident seçkilərində qalib gəlsəydilər, onlar bizlərə qarşı nələr etməyəcklərdi ki? 

Mən buna qədər Kılıçdaroğlu ilə iki seçkidə şiddətlə mübarizə apardım. Özümü qurban verərək on nəfərin parlament üzvü olmasını təmin etdik. CHP-nin Şırnak və Konyadakı səslərinə baxın. Oradakı dəyişikliklərə baxın. Bu, bir razılaşma, bir ittifaq idi. Hamının verdiyi və aldığı aydındır. Yaxşı, ittifaq artıq bitdi. Amma başa düşürəm ki, əgər prezident seçkilərində qalib gəlsəydilər, əvvəlcə bizə qarşı revanşizmə əl atacaqdılar. Mənim yeganə məqsədim Türkiyənin revanşizm tələsinə düşməsinin qarşısını almaq idi. Bu təhlükə artıq bitdimi? Hələ də bitməyib. Bu məntiq 2028-ci ildə də eynidir...".

Fərid ASLAN
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://mia.az
archiveBu xəbər 04 Noyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see216

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see204

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see204

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see180

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see179

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see171

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see157

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see148

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see145

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see145

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see132

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri