Icma.az
close
up
RU
CHP sədri: İmamoğlu həbsdə qalsa, namizəd bu şəxs olacaq

CHP sədri: İmamoğlu həbsdə qalsa, namizəd bu şəxs olacaq

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsinin davam edəcəyi təqdirdə partiyanın mümkün prezidentliyə namizədliyi prosesinin necə idarə olunacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, o, bu durumda partiya üzvləri arasında keçiriləcək səsvermədə ən çox səs alan şəxsin namizəd olacağını bildirib.

“Namizədin adının kim olmasının önəmi yoxdur. Əkrəm İmamoğlu həbsdə qalsa, həmin gün ən çox səs toplayan namizəd olacaq”, - Özəl deyib.

CHP sədri həmçinin qeyd edib ki, İmamoğlu həbsdən çıxsa, namizədliyi davam edəcək:

“Namizəd olan dostumuz kim olur-olsun, Əkrəm bəy gələndən sonra o dostumuz da başqa vəzifəyə təyin olunacaq. Əkrəm bəyin icra edəcəyi vəzifəsi baş nazirlikdirsə, ora olacaq, prezidentlikdirsə, ora gedəcək”.

Xatırladaq ki, martın sonunda CHP nümayəndələri arasında keçirilmiş ilkin səsvermədə Əkrəm İmamoğlu partiyanın prezidentliyə namizədi seçilib. Hazırda həbsdə olan bələdiyyə sədri korrupsiyada ittiham olunur.

Növbədənkənar seçki qərarı olmasa, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək./teleqraf

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Aprel 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri