“Christian Dior Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Icma.az bildirir, Banco.az portalına istinadən.
Məhşur geyim və moda brendi “Christian Dior Couture” Azərbaycandakı şirkətini ləğv edib.
Bu barədə Dövlət Vergi Xidməti xəbər verir.
Məlumata görə, “Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edib. Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr küçəsi, ev 105 ünvanına bildirə bilərlər.
Ən sərfəli kredit üçün müraciət etQeyd edək ki, Azərbaycanda 2013-cü ildə dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Vincent Simon Pierre Bernarddır. Şirkətin nizamnamə kapitalı isə 4 milyon 350 min avrodur.
apa

“Christian Dior Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
27 Noyabr 2024 09:46

