Icma.az
close
up
RU
Çia və kətan toxumunun orqanizmdə yaratdığı möcüzə İnana bilməyəcəksiniz! KONKRET

Çia və kətan toxumunun orqanizmdə yaratdığı möcüzə İnana bilməyəcəksiniz! KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illərdə sağlam qidalanma və “superfood” anlayışı populyarlaşdıqca, çia və kətan toxumu da xüsusi diqqət çəkməyə başlayıb. Bu iki toxum qida dəyəri baxımından olduqca zəngindir və bir çox sağlamlıq faydası ilə tanınır. 

Ancaq onların düzgün istifadəsi və bəzi qruplar üçün məhdudiyyətləri də mövcuddur. Bəs, çia və kətan toxumunun faydaları nələrdir və onları istifadə edərkən nələrə diqqət etmək lazımdır?

KONKRET.az xəbər verir ki, yenisabah.az bu mövzunu araşdırıb:

Çia və kətan toxumu ürək-damar sağlamlığı üçün vacib olan omega-3 yağ turşuları ilə zəngindir. Bu maddələr ürək xəstəlikləri riskini azaltmağa və damarların sağlamlığını qorumağa kömək edir. Həmçinin, hər iki toxum lif baxımından da yüksəkdir ki, bu da bağırsaq fəaliyyətini yaxşılaşdırır, həzmi sürətləndirir və uzun müddət toxluq hissi yaradır. Zülal və antioksidantlarla zəngin olan bu toxumlar orqanizmi sərbəst radikallardan qoruyaraq immun sistemini gücləndirir.

Bundan əlavə, çia və kətan toxumu qan şəkərini tənzimləməkdə də əhəmiyyətlidir. Xüsusilə şəkərli diabet xəstələri üçün faydalıdır, çünki qanda şəkərin sürətlə yüksəlməsinin qarşısını alır və qlisemik nəzarəti təmin edir.

Bu toxumların düzgün istehlak qaydalarına gəldikdə isə, çia toxumunu bir qaşıq miqdarında suya, südə və ya qatığa əlavə edib 10-15 dəqiqə gözlədikdən sonra qəbul etmək məsləhətdir. Smoothie, salat və desertlərə əlavə etmək də geniş yayılmışdır. Kətan toxumunu isə üyüdülmüş halda qəbul etmək daha faydalıdır, çünki bütöv şəkildə istehlak edildikdə bədən onu tam həzm edə bilmir. Gün ərzində bir çay qaşığı üyüdülmüş kətan toxumunu qatığa, sıyığa və ya salata əlavə edərək istifadə etmək tövsiyə olunur.

Lakin çia və kətan toxumunun hər kəs üçün uyğun olmadığını da qeyd etmək lazımdır. Hamilə qadınlar və süd verən anaların bu toxumları qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməsi tövsiyə olunur, çünki hormon balansına təsir göstərə bilər. Aşağı təzyiqdən əziyyət çəkənlər çia toxumundan uzaq durmalıdır, çünki bu toxum qan təzyiqini aşağı sala bilər. Eyni zamanda, qan durulaşdırıcı dərman qəbul edən şəxslər də ehtiyatlı olmalıdır, çünki kətan toxumu qanı durulaşdırıcı təsir göstərə bilər. Nadir hallarda da olsa, bəzi insanlarda bu toxumlara qarşı allergik reaksiyalar yarana bilər.

Qeyd edək ki,  çia və kətan toxumu sağlam həyat tərzi üçün qiymətli qida əlavələridir, amma düzgün dozada və sağlamlıq vəziyyəti nəzərə alınaraq istifadə edilməlidir. Sağlam qidalanmaya əlavə etmədən öncə mütəxəssis məsləhəti almaq vacibdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Mart 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see234

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see224

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see165

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see156

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see150

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see147

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see143

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri