Cibuti 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanla həmrəylik nümayiş etdirib Deputat
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
"Azərbaycanın Qlobal Cənubun flaqmanlarından biri olması bu coğrafiyanı təmsil edən dövlətlərin ölkəmizzəə marağını və etimadını artırıb".
Redaktor.az xəbər verir ki, bunu deputat Pərvanə Vəliyeva Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı bildirdi.
Onun sözlərinə görə, Azərbaycanla Cibuti arasında diplomatik əlaqələr 1996-cı ildə qurulub, 2017-ci ildə Azərbaycanın Cibutiyə fəxri konsulu təyin edilib, elə həmin ildə də Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə dostluq qrupu yaradılıb.
"Təmaslara gəldikdə, Qoşulmama Hərəkatına sədrliyimiz zamanı rəhbər şəxslərin görüşləri baş tutub. Bundan başqa Xarici İşlər nazirlikləri səviyyəsində, o cümlədən Qlobal Cənub QHT platforması çərçivəsində iki ölkənin vətəndaş cəmiyyətlərinin görüşləri keçirilib.
2008-ci ildə Azərbaycan Respublikasının BMT Baş Assambleyasına təqdim etdiyi "İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyətə dair" qətnamə layihəsi Cibuti tərəfindən dəstəklənib. Həmçinin 44 günlük Vətən müharibəsi zamanı bu ölkə Azərbaycanla həmrəylik nümayiş etdirib", - deyə P.Vəliyeva qeyd edib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 25 Noyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















