Icma.az
close
up
RU
CIDC 2025 kiberfestivalı başa çatdı

CIDC 2025 kiberfestivalı başa çatdı

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cari ilin 9-10 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində "CIDC 2025 - Critical Infrastructure Defence Challenge" adlı beynəlxalq kibertəhlükəsizlik festivalı keçirilib. Tədbir Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ilə birgə təşkilatçılığı ilə keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə XRİTDX məlumat yayıb.

İkinci dəfə keçirilən CIDC tədbirinə ümumilikdə 2 245 ziyarətçi, 360 təlim iştirakçısı, 47 komanda və 56 tərəfdaş təşkilat qoşulub. Festivalın əsas məqsədi kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması, həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.

Kiberfestivalın açılış mərasimində dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq şirkətlərin nümayəndələri, kibertəhlükəsizlik mütəxəssisləri, akademik dairələrin üzvləri və gənc mütəxəssislər iştirak ediblər.

Açılış mərasimində XRİTDX rəisi general-leytenant İlqar Musayev, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat (RİNN) nazirinin müavini Saməddin Əsədov, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov, Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Yesaulenko və tədbirin platin sponsorlarının nümayəndələri çıxış etmişlər.

"CIDC 2025"in tərəfdaşları arasında RİNN, Daxili İşlər Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, SOCAR, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, KOBİA, Elektron Təhlükəsizlik Xidməti, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA), Femmes Digitales və EGA (Estoniyanın Elektron Hökumət Akademiyası) da yer alıblar. İki gün ərzində keçirilən təlimlərin təşkilində "Blackbox Security" şirkəti, fərdi yarışların təşkilində "PeakEye Group" şirkəti, "Ağıllı şəhərlərdə kibermüharibə" platformasının qurulmasında "Cyber Exer" şirkəti yaxından iştirak ediblər.

Festival çərçivəsində yerli və xarici ekspertlər tərəfindən 10 təqdimat, 5 panel müzakirəsi və Azərbaycanda ilk Kiberməktəbin "Hack The Future 2" proqramı üzrə 6 ödənişsiz təlim keçirilib.

Tədbirin keçirildiyi Bakı Konqres Mərkəzində müasir texnoloji avadanlıqlarla təchiz olunmuş geniş sərgi zonaları və 3 500 nəfərlik tutumu olan zallar ilə festival iştirakçılarına rahat və innovativ mühit yaradılıb. Burada təşkil olunan kibertəhlükəsizlik sərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması və şəbəkə qorunması sahələrində ən son texnologiyaları təqdim ediblər.

Sərgi çərçivəsində ziyarətçilər üçün interaktiv ekranlarda aralıq yarışlar və viktorina sessiyaları da keçirilib.

Tədbirin əsas hissəsini təşkil edən virtual kibermüharibə yarışı bu dəfə "Ağıllı şəhərlərdə kibermüharibə" konsepti əsasında həyata keçirilib. Yarışda dövlət qurumlarını, kritik infrastrukturları, bank və telekommunikasiya sektorlarını təmsil edən 20 yerli və 5 xarici komanda iştirak etmişdir. Tədbirin sonunda "Ağıllı şəhərlərdə Kibermüharibə" yarışının qaliblərinə sertifikatlar və 30 000 manat (birinci yer 15 000, ikinci yer 10 000, üçüncü yer 5 000 azn) məbləğində pul mükafatı təqdim edilib. Birinci yeri "AzInTelecom" MMC-nin "RedBox" komandası, ikinci yeri "Azercell" şirkətinin "Cybercell" komandası və üçüncü yeri "Kapital Bank" ASC-nin "Bir Seç" komandası tutub.

Bununla yanaşı, master-klas kurslarında təlim almış dinləyicilərə, tədbirin sponsorlarına və tərəfdaşlarına təşkilatçılar tərəfindən sertifikatlar verilib.

"CIDC 2025" ölkəmizin kibertəhlükəsizlik sahəsində regional lider mövqeyini möhkəmləndirmək, gənc mütəxəssislərin bacarıqlarını inkişaf etdirmək və dövlət-özəl əməkdaşlığını dərinləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Festival çərçivəsində qurulan əlaqələr və təqdim olunan yeni texnoloji həllər Azərbaycanın rəqəmsal təhlükəsizlik ekosisteminin inkişafına güclü təkan verəcək.

"CIDC 2025" kiberfestivalı başa çatdı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri