Cıdır düzündəki yazılara tarixçi alimdən etiraz: “Bu, subkulturadır”
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şəki, 6 sentyabr, AZƏRTAC
Qarabağ Azərbaycanın tarixini, mədəniyyətini və incəsənətini özündə birləşdirən bir örnək, Vətənimizin baş tacıdır. Baş tacımızın incisi isə Şuşa hesab olunur. Uzun müddət işğal altında olan Qarabağ torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman oğullarımızın şücaəti ilə azad olundu. Daha sonra antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu o demək idi ki, Azərbaycan yenidən öz şanını-şöhrətini, mənliyini qaytarmış oldu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri tarix üzrə fəlsəfə doktoru, Şəkidən olan ziyalı Rahim Həsənov Cıdır düzündə maddi-mədəniyyət nümunələrimiz olan qaya və daşların üzərinə yazılanlardan təsirlənərək ifadə edib.
“Cıdır düzündə qaya və daşlara doğrudan da şəhid və qazi adları yazanlar bunu təəssübkeşlikdən irəli gələrək etsələr də, digər tərəfdən nəzərə almaq lazımdır ki, dünyada divar, qaya və daş üzərində yazılar hansı nöqteyi-nəzərdən baxılırsa baxılsın, alt mədəniyyət, yəni subkultura hesab olunur. Ona görə də belə addımlar yolverilməzdir və qarşısı alınmalıdır”, - deyə tarixçi alim bildirib.
O hesab edir ki, ümumiyyətlə, tarixi abidələr, maddi-mədəniyyət nümunələri haqqında əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasına zərurət var. Belə yazılara əksər hallarda tarixi abidələrin divarlarında, mədəniyyət ocaqlarının hasarlarında da rast gəlinir. Bu baxımdan insanların məlumatlandırılması, izahat işlərinin aparılması gələcək işlərin faydasına olar.
Rahim Həsənov deyir ki, bu təbəqədən olan insanların adları küçələrə, meydanlara verilirsə, daş-qayalara deyil, tarixdə yaşadılmalı və təbliğ edilməlidir. Bu mənada Azərbaycan dövləti şəhidlərin xatirəsinin yaşadılması üçün yetərincə işlər görür, hətta xarici ölkələrdə belə bununla bağlı layihələr həyata keçirilir. Eyni zamanda, şəhidlərin tarixi qəhrəmanlığı haqqında sənədli filmlər çəkilir, reportajlar hazırlanır, əsərlər çap olunur.
Müxbir - Rasim İslamoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 06 Sentyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















