Icma.az
close
up
RU
“Bu, sənət deyil, təbiətə müdaxilədir” rəssam Cıdır düzündəki yazılardan danışdı

“Bu, sənət deyil, təbiətə müdaxilədir” rəssam Cıdır düzündəki yazılardan danışdı

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Saatlı, 6 sentyabr, AZƏRTAC

Birinci Qarabağ müharibəsinin iştirakçısı, rəssam Nazim Fərəcov yaradıcılığında uzun illər Qarabağ həqiqətlərinə, torpaqlarımızın işğalına, yaşayış məntəqələrinin dağıdılmasına və təbiətin məhv edilməsinə xüsusi yer verib. Bu gün isə onun əsərlərində tamamilə fərqli mənzərə Qələbə ruhu, azad Qarabağ, aparılan quruculuq işləri və Azərbaycan əsgərinin Zəfəri öz əksini tapır.

Şuşada, xüsusilə Cıdır düzündə qayaların üzərinə müxtəlif adların və yazıların həkk edilməsi ilə bağlı fikirlərini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən Nazim Fərəcov bunun yolverilməz olduğunu bildirib: “Şuşa mənim üçün sadəcə gözəl bir şəhər deyil. Mən Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam, Ağdam və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. Müharibənin ən ağır anlarını, torpaqlarımızın işğalını, yaşayış yerlərinin dağıdılmasını, təbiətimizin necə viran edildiyini öz gözlərimlə görmüşəm. Sonrakı illərdə bütün bunlar yaradıcılığımda öz əksini tapıb. Əvvəlki əsərlərimdə daha çox işğalın ağrısını, dağıdılmış kənd və şəhərlərimizi, məhv edilmiş təbiətimizi göstərməyə çalışırdım. Çünki rəssam kimi gördüklərimi, yaşadıqlarımı və yaddaşımda qalanları gələcək nəsillərə çatdırmaq istəyirdim. Bu gün isə artıq əsərlərimdə başqa bir Qarabağ var. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra Qarabağda yeni həyat başlayıb. Azad torpaqlarımızda quruculuq və inkişaf gedir. Mən də əsərlərimdə bu Qələbə ruhunu, işıqlı gələcəyə inamı əks etdirməyə çalışıram.

Belə bir vaxtda Şuşanın Cıdır düzü kimi xüsusi əhəmiyyət daşıyan məkanında insanların qayaların üzərinə öz adlarını yazması məni çox təəssüfləndirir. Biz illərlə torpaqlarımızın dağıdılmasına, təbiətimizin məhv edilməsinə qarşı mübarizə aparmışıq. İndi isə həmin torpaqlar bizə qayıdıb və bizim əsas vəzifəmiz onları qorumaqdır. Rəssamlıqda linoqravüra ilə işləyərkən oyma vasitəsilə materialın üzərində iz buraxırsan. Amma bu iz sənət əsərinin bir hissəsi olur və müəyyən məqsəd daşıyır. Təbiətdə, xüsusilə də tarixi və mənəvi əhəmiyyət daşıyan qayaların üzərində iz buraxmaq isə tamam başqa məsələdir. Bu, sənət deyil, təbiətə müdaxilədir. Cıdır düzündəki hər bir qaya, hər bir daş Şuşanın tarixinin bir parçasıdır. İnsan öz adını həmin qayaya yazmaqla tarixə düşmür. Əksinə, gələcək nəsillərin görməli olduğu təbii mənzərəyə zərər vurur. Məncə, insanın ən gözəl izi yaratdığı yaxşılıq, gördüyü iş və Vətənə verdiyi töhfədir.

Bu gün mən əsərlərimdə Qarabağda qurulan yeni həyatı, azad torpaqlarımızın inkişafını, Azərbaycan əsgərinin Zəfərini və gənc nəslə örnək olan qəhrəmanlığını göstərməyə çalışıram. İstəyirəm ki, gələcək nəsillər də Şuşanı dağıntıların deyil, Qələbənin, quruculuğun və gözəlliyin simvolu kimi görsünlər. Ona görə də hər bir insan Şuşaya, Cıdır düzünə gələndə buranı özündən iz qoyacağı məkan kimi deyil, qoruyub gələcək nəsillərə ötürməli olduğu bir əmanət kimi qəbul etməlidir. Biz torpaqlarımızı azad etmişik, indi isə onları qorumaq və gələcək nəsillərə olduğu kimi çatdırmaq bizim borcumuzdur”.

Müxbir-Aydın Yavərzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Sentyabr 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri