Cikiyanın agenti müştərisinin Türkiyə klubu ilə müqavilə bağladığını təsdiqlədi
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyalı müdafiəçi Georgi Cikiyanın agenti Vladimir Kuzmiçev müştərisinin Türkiyə Super Liqasında mübarizə aparan "Antalyaspor" ilə müqavilə bağladığını təsdiqləyib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Çempionat" saytı belə çatdırıb:
"Bəli, Cikiya "Antalyaspor"la müqavilə imzalayıb. Hər şey yaxşı olacaq. Niyə rəsmiləşmir? Bu, texniki məsələdir. Klubu FİFA-nın qoyduğu qadağa radan qaldırılıb. Bütün borclar bağlanılıb.Tezliklə hər şey qaydasına düşəcək".
Xatırladaq ki, 31 yaşlı Cikiyanın son klubu növbəti mövsüm Rusiya Premyer Liqasında (RPL) iştirak üçün lisenziya ala bilmədiyi üçün fəaliyyətini dayandıran "Ximki" olub. Ötən mövsüm RPL və Rusiya Kubokunda 17 matça çıxan təcrübəli arxa xətt oyunçusu məhsuldar göstəricilərlə yadda qalmayıb.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 26 İyun 2025 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















