Əti yararsız hala salır və insan sağlamlığını təhdid edir : Kafelərdə təklif olunan dəvə qutabı nın tərkibi əslində nədir?
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bəzi restoran və kafelərdə aparılan araşdırmalar zamanı vətəndaşlara "dəvə qutabı" adı altında təqdim olunan məhsulun tərkibi ilə bağlı müəyyən şübhələr yaranıb.
AQTA-dan verilən məlumata görə, sözügedən məhsulun tərkibində istifadə olunan ətlərin mənşəyi və təhlükəsizliyi barədə sənədlərin mövcud olmadığı məlum olub. Bu da istehlakçıların hüquqlarının pozulması deməkdir.
Sual yaranır ki, restoranlarda təklif edilən dəvə qutabını hazırlamaq üçün dəvə əti haradan əldə olunur? Ümumiyyətlə, Azərbaycanda bu qədər dəvə varmı?
Qida məsələləri üzrə ekspert İsa Əliyevin sözlərinə görə, dəvə əti daha şirin olduğu üçün mal ətinə şəkər tozu, eləcə də qida boyaları, piy, bitki yağı əlavə edirlər: "Bunlar isə əti yararsız hala salır və insan sağlamlığını təhdid edir".
İqtisadçı Xalid Kərimli isə bildirib ki, dəvəçilik Azərbaycanda geniş yayılmayıb: "Buna görə də dəvə ətinin ümumi ət istehlakındakı payı yox səviyyəsindədir".
Daha ətraflı Baku TV-nin videomaterialında:
"Əti yararsız hala salır və insan sağlamlığını təhdid edir": Kafelərdə təklif olunan "dəvə qutabı"nın tərkibi əslində nədir?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 27 Dekabr 2025 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















