Çimərliyə gedənlərə vacib xəbər
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
Sabah Abşeron çimərliklərində 27 dərəcə isti gözlənilir.
Milli Hidrometeorologiya Xidmətind’n Gununsesi.info-ya məlumatına əsasən avqustun 1-də şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.
Qeyd edək ki, tibbi-meteoroloji proqnoza görə avqustun 1-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən isə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 31 İyul 2026 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















