Icma.az
close
up
RU
“Çimməyə 5 dəqiqə vaxt verirdi” Qayınanasını öldürməyindən danışdı

“Çimməyə 5 dəqiqə vaxt verirdi” Qayınanasını öldürməyindən danışdı

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Astaranın Kotalan kəndində qayınanasını öldürməkdə ittiham olunan 22 yaşlı gəlinin məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, iki azyaşlı uşaq anası Ruhanə İmanova ittihamı yüngülləşdirilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, ölümlə nəticələnən bu ağır cinayət hadisəsi müalicə məqsədilə dişə taxılan breketə görə baş verib. Gəlinin dişlərinə həmin cihazı taxdırması 55 yaşlı qayınanası Xalidə Manafovanın xoşuna gəlməyib. Bu mövzuda başlayan mübahisə nəticəsində Rufanə qayınanasını bir neçə dəfə bıçaqlayaraq qətlə yetirib.

Ruhanə məhkəmədə özünü təqsirli bilib, əməlindən peşman olduğunu deyib. Amma bu cinayəti birdən-birə, səbəbsiz törətmədiyini iddia edib. Gəlin qayınanası ilə bir evdə yaşadıqlarını hakimlərin qarşısında təsvir edib: “4 ildir evliyəm, elə 4 ildir qayınanamla münasibətimiz pis olub. Bu söz-söhbətlərə görə dəfələrlə həyat yoldaşımla kirayə evə çıxmaq istəmişik. Amma imkan olmadığı üçün bu məsələ də alınmayıb. Həyat yoldaşım hər dəfə anasını yola verməyimi xahiş edirdi. Lakin artıq dözülməz idi. Təsəvvür edin, hamama girirdim, qayınanam mənə 5 dəqiqə vaxt verirdi. Rahat yemək yeməyə imkan vermirdi. Mənə gözəllik salonuna getməyə icazə vermirdi, hətta evdən çölə çıxmağıma qarşı idi. Sonuncu dəfə də dişlərimə breket taxdırdığım üçün üstümə gəlməyə başladı. Ərim icazə versə də, qayınanam razı olmadı. Elə bu söhbət vaxtı üstümə hücum çəkdi, 8 aylıq qızıma qarşı nalayiq sözlər işlətdi. Ən çox da körpəmə qarşı təhqirləri məni əsəbiləşdirdi, onu bıçaqlamağa məcbur qaldım. Ancaq çox peşmanam. Ən əsası uşaqlarımın ana qayğısına ehtiyacı var. Nə yeyib-içdiklərini bilmirəm”.

İş materiallarında yazır ki, Ruhanə əvvəlcə qayınanasının ölümünü intihar kimi qələmə vermək istəyib. Elə ərinə zəng edəndə də anasının özünü bıçaqladığını deyib. Amma polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra şöbədə hər şeyi etiraf edib.

Xəbəri rus dilində oxuyun: Пять минут на купание: признание невестки, убившей свекровь

Məhkəmədə qətlə yetirilən qadının oğulları da ifadə verib. Ruhanənin əri şahid kimi ifadə versə də, qardaşı mərhumun hüquqi varisi qismində tanınıb. O, anasını öldürdüyü üçün qardaşı arvadının ən ağır şəkildə cəzalandırılmasını xahiş edib.

Təqsirləndirilən qadının əri ifadəsində Ruhanə ilə anasının mütəmadi olaraq mübahisə etdiklərini təsdiq edib. O da imkanları olmadığı üçün kirayə evə çıxa bilmədiklərini deyib. Hadisəyə gəlincə isə həyat yoldaşının dözümlü biri olduğunu, belə bir cinayət törətməsinə təəssüfləndiyini bildirib. O, övladlarından birinə özünün, digərinə isə qayınanasının baxdığını vurğulayıb.

Ruhanəyə sanksiya həddi 14 ildən 20 ilə kimi azadlıqdan məhrumetmə cəzası olan xüsusi amansızlıqla adam öldürmə maddəsi ilə ittiham verilmişdi. Amma Lənkəran Ağır Cinayətər Məhkəməsi bu ittihamı düzgün hesab etməyib. Neymət Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası belə qənaətə gəlib ki, təqsirləndilən şəxs zərərçəkmişə çoxsaylı bıçaq zərbələri vurmasını qəddarlıq və müstəsna dərəcədə rəhmsizliyi ilə deyil, onun baxışında vurulan zərbələrin, zərərçəkmişin həyatdan məhrum edilməsi üçün kifayət etməməsi olub.

Bu və digər əsaslarla xanım müttəhimin əməli qəsdən adam öldürmə maddəsinə tövsif edilib. İki azyaşlı uşaq anası olması və sosial ədalət prinsipəri nəzərə alınmaqla Ruhanəyə maddənin sanksiyasının aşağı həddi ilə 10 il həbs cəzası verilib.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Mart 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri