Çin ABŞ və Avropaya dron hissələrinin ixracını məhdudlaşdırır AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çin istehsalçıları dronların yaradılması üçün vacib hissələrin ABŞ və Avropaya satışını məhdudlaşdırmağa başlayıblar.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Çində pilotsuz uçuş aparatlarının mühərrikləri, batareyaları və onların uçuş idarəetmə sistemləri istehsalçıları tədarük olunan hissələrin sayını azaldıb və ya təchizatını tamamilə dayandırıblar.
Mənbələr qeyd ediblər ki, bu, pilotsuz təyyarələrin hissələrinin ixracına dair daha geniş məhdudiyyətlərin müqəddiməsidir. Qərb rəsmiləri onların gələn ildən qüvvəyə minəcəyini gözləyirlər.
Vurğulanıb ki, Çin tələb olunan lisenziyaları təsdiq etməyi dayandıra bilər və istehsalçılardan hissələrin göndərilməsi planları barədə hökumətə məlumat vermələrini tələb edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 10 Dekabr 2024 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















