Icma.az
close
up
RU
Marsda hətta enişin belə qadağan olunduğu xüsusi zonalar var Orada nə gizlənir?

Marsda hətta enişin belə qadağan olunduğu xüsusi zonalar var Orada nə gizlənir?

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Marsda elə ərazilər mövcuddur ki, burada potensial real həyat gizlənə bilər və insanın müdaxiləsi bu həyatı məhv edə bilər. Məhz buna görə 1ırmızı planetdə bəzi zonalara eniş və hətta yaxınlaşmaq belə rəsmi şəkildə qadağan olunub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, NASA və Çin Kosmik Agentliyi Marsda həyat izlərini fəal şəkildə araşdırsa da, “xüsusi regionlar” adlandırılan ərazilər var ki, elmi missiyalar üçün belə toxunulmaz sayılır. Bu bölgələr həm ən cəlbedici, həm də elmi baxımdan ən riskli zonalar hesab olunur.

Niyə bu ərazilər qadağandır?

1967-ci ildən qüvvədə olan BMT-nin Kosmos Müqaviləsinə əsasən, digər səma cisimlərinin Yer mikroorqanizmləri ilə çirkləndirilməsinin qarşısı alınmalıdır. Bu səbəbdən planetar mühafizə qaydaları tətbiq edilib. Məqsəd insanın təsadüfən Marsa Yer mənşəli həyat aparmasının və ya yanlış şəkildə “orada həyat var” nəticəsinə gəlməsinin qarşısını almaqdır.

COSPAR komitəsi “xüsusi regionlar” anlayışını müəyyən edib. Bunlar Marsda mikrob həyatının mövcud ola biləcəyi şəraitə malik ərazilərdir. Alimlərin fikrincə, bu zonalarda hətta tək bir Yer bakteriyası belə yaşamaq potensialına sahib ola bilər.

Bu zonalar harada yerləşir?

Hazırda müasir missiyalar üçün əlçatan olan heç bir ərazi rəsmi olaraq “xüsusi region” elan edilməyib. Lakin “qeyri-müəyyən regionlar” mövcuddur ki, gələcəkdə bu statusu ala bilərlər. Onların sırasında aşağıdakılar yer alır: yamaclardakı mövsümi tünd zolaqlar, bir vaxtlar su izləri hesab edilən sahələr; 11 kilometrdən artıq dərinlikdə mövcud olduğu ehtimal edilən yeraltı okeanlar;

Perseverance marsohodunun son vaxtlar mümkün biosiqnallar aşkar etdiyi ərazilər. Bu bölgələrin hamısı ya mikrob həyatı üçün uyğun ola bilər, ya da Yer çirklənməsi ilə asanlıqla qarışdırıla bilən izlər daşıyır.

Elm üçün təhlükə

Mütəxəssislər xəbərdarlıq edirlər ki, Yer mikrobları səbəbindən həyatın “səhv kəşfi” Mars elminə ciddi zərbə vura bilər. Kosmik sənayedə bəzən sterilizasiya tələblərinin yumşaldılması ilə bağlı fikirlər səslənsə də, alimlər bunu məsuliyyətsiz və təhlükəli yanaşma adlandırır.

Tədqiqatçılar vurğulayırlar ki, Yer üzündə Marsa bənzər ekstremal şəraitdə yaşaya bilən yeni həyat formaları daim kəşf olunur. Bu isə risklərin nə qədər real olduğunu göstərir.

Alimlərin fikrincə, insanlıq Yer mikroblarının Marsda yaşaya bilmədiyinə və onları mümkün mars mikroorqanizmlərindən dəqiq ayırd edə biləcəyinə tam əmin olmayana qədər, “xüsusi regionlar” toxunulmaz olaraq qalmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Dekabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri