Icma.az
close
up
RU
Çin Aİ sammiti: yeni nizamın növbəti müzakirə platforması...

Çin Aİ sammiti: yeni nizamın növbəti müzakirə platforması...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Pekin ilə Brüssel arasında baş tutacaq danışıqlar regiona nə vəd edir?

Xəbər verildiyi kimi, bu həftə Pekində Avropa İttifaqı ilə Çin arasında yüksək səviyyəli sammit keçiriləcək və Çin lideri Si Cinpin  Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta ilə görüşəcək. Çin tərəfi bəyan edib ki, diplomatik əlaqələrin 50 illiyinə həsr olunmuş həftə çərçivəsində avropalı rəsmilər iyulun 24-də Çinə səfər edəcək. Çinin Baş naziri  Li Çianq Aİ liderləri ilə birgə 25-ci Çin-Avropa İttifaqı sammitinə həmsədrlik edəcək.

Ticari dövriyyə artır...

Bəli, keçirilməsi planlaşdırılan 25-ci Çin-Avropa İttifaqı (Aİ) sammiti təkcə iki nəhəng iqtisadi güc arasında diplomatik təmas deyil, həm də dünya siyasətinin gələcəyinə yön verə biləcək proseslərin mühüm bir hissəsidir. Bu sammit yeni çağırışlar, qarşılıqlı maraqlar və bəzən də ziddiyyətlərin fonunda baş tutur. Bəs bu görüş ərəfəsində Çinlə Aİ arasında münasibətlərin hazırkı vəziyyəti necədir, ticarət dövriyyəsi hansı səviyyədədir və siyasi dialoq nəyi vəd edir?

Qeyd edək ki, 2024-cü ildə Çin və Avropa İttifaqı arasında ticarət dövriyyəsi 785,82 milyard dollar təşkil edib. Çin Aİ-nin ən böyük idxal tərəfdaşı (ümumi Aİ idxalının 21,3%-i) və üçüncü ən böyük ixrac tərəfdaşı olaraq qalıb. 2024-cü ildə ticari dövriyyə əvvəlki ildən 0,4 faiz artıb və 785,82 milyard dollar təşkil edib. Ötən il Çin Aİ-yə ixracını 3 faiz artıraraq 516,46 milyard dollara çatdırıb. Avropa İttifaqından Çinə tədarük 4,4 faiz azalaraq 269,36 milyard dollar olub. ÇXR-in Aİ ölkələri ilə ticarətində ən böyük hissə Almaniyanın payına düşür - təxminən 25 faiz təşkil edib. Onların ticarət dövriyyəsi təxminən 201,87 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 2,4 faiz azdır. Çinin Niderland ilə ticarət dövriyyəsi 6,1 faiz azalaraq 110 milyard dollar təşkil edib: müvafiq rəqəmlər Fransa ilə 0,8, İtaliya ilə isə 1,1 faiz artıb.

Hazırkı münasibətlər: Gərginlik və dialoq arasında

Vurğulandığı kimi, Çin və Avropa İttifaqı arasında münasibətlər son illərdə mürəkkəb və çoxşaxəli xarakter daşıyır. Bir tərəfdən, Çin Aİ üçün əsas strateji və ticarət tərəfdaşıdır. Digər tərəfdən, Aİ üzv ölkələrinin bir qismi Pekinə qarşı hansısa sanksiyaların irəli sürülməsinə “tərəfdar” çıxır. 2023-2024-cü illərdə Avropa Komissiyası Çinin elektrik avtomobillərinə subsidiyaları araşdırmağa başlamışdı, bu isə Pekin tərəfindən “ticarət proteksionizmi” kimi qiymətləndirilirdi. Eyni zamanda Avropa ölkələrinin Çin texnologiyalarına, xüsusilə 5G sahəsində, məhdudiyyətlər tətbiq etməsi də münasibətlərdə müəyyən gərginlik yaradıb. Bununla belə, qarşılıqlı iqtisadi maraqlar dialoqun davam etdirilməsinə şərait yaradır.

Siyasi müstəvidə də Çin və Aİ-nin yanaşmaları bir çox hallarda fərqli status daşıyır - bu, Ukrayna - Rusiya müharibəsi kontekstində daha açıq şəkildə özünü göstərir. Brüssel Rusiyanın Ukraynaya qarşı müharibəsində açıq şəkildə Ukraynanı dəstəklədiyi halda, Çin neytral mövqe tutmağa çalışır. Bu fərqli yanaşmalar strateji əməkdaşlığa təsir göstərsə də, dialoq kanallarını tamamilə bağlamır. Pekin üçün Avropa həm də ABŞ-la rəqabətdə balanslaşdırıcı rol oynayır. Paralel olaraq “köhnə qitə” həm də Çin istehsalı üçün açıq və ən geniş bazarlardan sayılır. Eyni zamanda Aİ də Asiya regionunda iqtisadi və siyasi iştirakını gücləndirmək niyyətindədir. Bu, ABŞ-ın son dövrlərdə apardığı rüsum siyasəti nöqteyi-nəzərdən də xüsusi mahiyyət kəsb edir.

Çin və Aİ: qarşılıqlı istəklər...

25-ci sammitin münasibətlərin inkişafında yeni dönəm başladacağını söyləyənlər də tapılır - xüsusilə, avropalı siyasətçilər o fikirdədirlər ki, Çin - Aİ münasibətlərinin gələcəyi qarşılıqlı uyğunlaşma səviyyəsindən asılı olacaq. Onların fikrincə, Aİ Çinlə münasibətləri ABŞ-dan kənar, müstəqil şəkildə formalaşdırmaq istəyir. Çin isə Aİ-nin texnoloji potensialından və istehlak bazarından yararlanmaq niyyətindədir. Bu, həm iki tərəf arasında əlaqələrin inkişafına təsir göstərər, həm də gəlirlərin artmasına rəvac verə bilər. Xüsusilə, yaşıl enerji, texnoloji yeniliklər, təhsil mübadiləsi və nəqliyyat infrastrukturunun inkişafı iki tərəf üçün ən mühüm prioritet əməkdaşlıq sahələrindən sayılır. Bu baxımdan 25-ci sammit yeni memorandumların və birgə layihələrin imzalanması üçün münbit platforma da ola bilər.

Zəngəzur dəhlizi: münasibətlərdə yeni mərhələyə açılan qapı

Çin və Avropa arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasından danışan zaman Şərq-Qərb kontenti üzrə daşımaların inkişafı istiqamətində atılan addımlara da diqqət yetirmək gərəkir. Bu mənada, əsas alətlərdən biri “Bir kəmər, bir yol” təşəbbüsüdür. Bu təşəbbüs çərçivəsində Şərq ilə Avropa arasında əlaqələrin inkişafı mühüm perspektiv vəd edir. Paralel olaraq xətt üzrə əlaqələrin genişləndirilməsində, şaxələndirilməsində Azərbaycanın regional rolu böyükdür - Cənubi Qafqaz və xüsusilə Zəngəzur dəhlizi bu mənada böyük əhəmiyyət kəsb edir. Zəngəzur nəqliyyat marşrutu həm Çinin Avropaya çıxış imkanlarını genişləndirəcək, həm də Aİ üçün yeni enerji və ticarət yolları yaradacaq.

Çin bu dəhliz vasitəsilə Orta Asiyadan və Cənubi Qafqazdan keçməklə Türkiyə üzərindən Avropaya quru nəqliyyat alternativi qazanır. Bu isə Rusiya-Ukrayna müharibəsi fonunda Şimal marşrutuna etibarı azalan Avropa üçün strateji dəyər daşıyır. Güman edilir ki, 25-ci sammitdə bu məsələ də aktiv müzakirə predmetlərindən biri ola bilər.

Sammitdən gözləntilər...

Nəticə etibarı ilə, sammitdən əsas gözləntilərə diqqət yetirsək, bunları aşağıdakı kimi kompleksləşdirə bilərik:

- Ticarət gərginliyinin azaldılması və yeni iqtisadi razılaşmalar;

- İqlim dəyişikliyi və yaşıl keçid üzrə əməkdaşlığın dərinləşdirilməsi;

- Tərəflər arasında texnoloji əməkdaşlığın yenidən çərçivələndirilməsi;

- Zəngəzur dəhlizi və Orta dəhliz üzərindən strateji nəqliyyat razılaşmaları;

-Qlobal geosiyasi məsələlərdə daha aydın diplomatik mövqelərin müəyyən olunması.

Vurğulandığı kimi, bu sammit yalnız Çin-Aİ münasibətlərinin gündəmini müəyyən etməyəcək, eyni zamanda Asiya ilə Avropanı birləşdirən yeni marşrutların - xüsusilə Azərbaycanın mərkəzində olduğu geoiqtisadi platformaların strateji əhəmiyyətini daha da artıracaq.

P.SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 İyul 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri