Icma.az
close
up
RU
Çin alimləri arıları casuslara çevirdi Döyüş meydanına çıxırlar

Çin alimləri arıları casuslara çevirdi Döyüş meydanına çıxırlar

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pekin Texnologiya İnstitutunun alimləri arıların beyninə yerləşdirilən mikroskopik cihaz vasitəsilə onların uçuş trayektoriyasını idarə etməyə nail olublar. Yenilik artıq hərbi kəşfiyyat, antiterror əməliyyatları və təbii fəlakətlərdən sonra insan axtarışı üçün istifadə olunmaq üzrə planlaşdırılır.

Arının beyninə bağlanan cihaz – duz dənəsi qədər yüngül

Ölkə.Az "Chinese Journal of Mechanical Engineering" jurnalına istinadən xəbər verir ki,professor Çjao Tsyelyanın rəhbərlik etdiyi komanda dünyanın ən yüngül beyin nəzarət cihazını hazırlayıb — cəmi 74 milliqram (duzun çimdik qədər hissəsi qədər). Cihaz işçi arının belinə bərkidilir və üç incə iynə ilə onun beyninə birləşdirilir. Bu iynələr vasitəsilə beyin siqnalları ötürülür, nəticədə arının uçuş istiqaməti idarə olunur.

Təcrübələr göstərib ki, arılar 90% hallarda təyin olunmuş trayektoriyanı izləyiblər. Qurğuya əlavə kamera, mikrofon və sensorlar da birləşdirilə bilər ki, bu da məlumat toplanmasını və ötürülməsini təmin edir. Kiçik ölçüləri sayəsində bu kiberarılara dar məkanlara keçmək və fərq edilmədən fəaliyyət göstərmək imkanı verir.

Canlıdan robota

Alimlər qeyd edirlər ki, bu cür "hibrid" kiberarılar süni robotlardan fərqli olaraq daha çevik, daha gizli və daha uzunömürlüdürlər. Bu isə onları şəhər müharibəsi, terrorla mübarizə, narkotrafiklə mübarizə, eləcə də fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı "əzələsiz kəşfiyyatçılar"a çevirir.

Təkcə arılar deyil — tarakanlar, böcəklər, hətta mini-dronlar

Qeyd edək ki, Çində bu texnologiya daha əvvəl böcəklər üzərində də sınaqdan keçirilib. İnfraqırmızı və Bluetooth siqnallarla işləyən qurğular bəzən cəmi 23 milliqram çəkidə olurdu. Sinqapurda oxşar cihazlar tarakanlara bağlanır və onlar mart ayında Myanmada baş verən zəlzələdən sonra axtarış işlərində istifadə olunmuşdu. ABŞ və Yaponiya da kiberhəşəratların öz versiyalarını hazırlayır.

Amma problemlər də var

Bununla belə, texnologiyanın qarşısında bəzi texniki çətinliklər durur. Məsələn, batareyalar tez boşalır, daha güclü batareyalar isə arılar üçün çox ağır ola bilər. Eyni zamanda, universal idarəetmə cihazı da mövcud deyil. Çünki müxtəlif həşəratlar stimullara bədənlərinin fərqli hissələrində reaksiya verirlər.

Çinin bu layihəsi ölkənin hərbi və mülki texnologiyaların miniatürləşdirilməsi strategiyası çərçivəsində həyata keçirilir. Bu yaxınlarda Pekin ağcaqanad ölçüsündə dronlar da təqdim edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 İyul 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri