Icma.az
close
up
RU
Çin Alyaska və Ağ evdəki görüşləri sülhə doğru addım sayır

Çin Alyaska və Ağ evdəki görüşləri sülhə doğru addım sayır

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Pekin ABŞ-Rusiya danışıqlarını “sülhə doğru addım” adlandırıb və bütün tərəfləri tez bir zamanda razılığa gəlməyə çağırıb.
Reyting.az
xəbər verir ki, Çin ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında avqustun 15-də Alyaskada baş tutan görüşü yüksək qiymətləndirib.
Təcili atəşkəs razılaşmasının olmamasına və müharibənin davam etməsinə baxmayaraq, Pekin Vaşinqton-Moskva təmaslarını sülhə doğru addım adlandırıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq brifinq zamanı deyib ki, ölkəsi böhranın sülh yolu ilə həllinə kömək etmək üçün bütün səyləri dəstəkləyir.
Onun sözlərinə görə, Pekin ABŞ və Rusiyanın “münasibətləri yaxşılaşdırdığını və Ukrayna böhranının siyasi həll prosesini təşviq etdiyini” görməkdən məmnundur.
Qeyd edək ki, bu gün Donald Trampın Ağ evdə Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə görüşü planlaşdırılır. Danışıqlar zamanı Trampın Kiyevə Moskva ilə Rusiyaya əlavə ərazilərin verilməsini nəzərdə tutan razılaşmaya təzyiq edəcəyi gözlənilir.
Bu planları şərh edən Mao Ninq deyib: “Biz bütün maraqlı tərəflərin uyğun vaxtda sülh danışıqlarında iştirakını və bütün tərəflərin ən qısa zamanda qəbul edə biləcəyi ədalətli, davamlı və məcburi sülh razılaşmasına nail olmasını gözləyirik”.
Xatırladaq ki, Rusiya lideri Vladimir Putin Ukrayna qoşunlarının Donbasın bütün ərazisindən çıxarılmasını tələb edib, həmçinin bir sıra digər tələblər, xüsusən də Ukraynada rus dilinin statusu və Krımın ilhaqının leqallaşdırılması ilə bağlı tələblər irəli sürüb. Trampın bununla razılaşdığı iddia olunur.
Onu da qeyd edək ki, prezident Zelenski Trampla Alyaska danışıqlarının məzmununu müzakirə etmək üçün bu gün Vaşinqtona gəlib. Qərb mətbuatı yazır ki, Ukrayna prezidenti hazırkı cəbhə xəttində “məqbul kompromislərə” hazırdır.
ELÇİN
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://reyting.az
archiveBu xəbər 18 Avqust 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri