Icma.az
close
up
RU
Çin avtomobillərində ciddi TƏHLÜKƏ… “Hər yeni modeli almaq məsləhət deyil” Ekspert

Çin avtomobillərində ciddi TƏHLÜKƏ… “Hər yeni modeli almaq məsləhət deyil” Ekspert

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gecə Çində “Xiaomi SU7 Ultra” elektromobili ilə baş verən dəhşətli qəza Çin avtomobillərindəki təhlükəni yenidən gündəmə gətirib. Belə ki, yol kənarındakı səddə çırpılan maşın anidən alışıb. Yoldan keçənlər avtomobildə olan sürücünü xilas etmək üçün qapıları açmağa çalışsa da, bu, mexaniki yolla açılmayan gizli qapı tutacaqları səbəbindən mümkün olmayıb. Avtomobilin şüşələri də təəssüf ki, kənar müdaxilə ilə sınmayıb. Sürücü avtomobildə diri-diri yanıb. Yanan avtomobil 2025-ci ilin istehsalıdır.

Bu hadisə yenidən diqqətləri Çin istehsalı olan avtomobillərə yönəldib. Nəzərə almaq lazımdır ki, Azərbaycanda, xüsusilə Bakıda Çin avtomobillərinin sayı durmadan artır. Belə hadisələr Bakıda da baş verə bilər. Maraqlıdır, bu avtomobillərdən Bakıda da varmı? Digər Çin avtomobillərdində də belə halın baş verməsi mümkündürmü?

Suallarımızı cavabılandıran yol-nəqliyyat, avtomobil eksperti Elməddin Muradlı Tribunainfo.az-a açıqlamasında bildirib ki, Bakıda Çinin hər yeni çıxan avtomobili gətirilir və sanki bu avtomobillər Bakıda sınaqdan keçirilir:

“Çində hər istehsal olunan yeni avtomobil Azərbaycana gətirilir. Məhz bu model avtomobildən Azərbaycanda olub-olmadığını bilmirəm. Amma yaxşı, pis, sınaqdan çıxan, çıxmayan bütün Çin avtomobillərini sanki ilk bura gətirirlər. Hər həftə yeni Çin modeli gətirilir. Sanki Çin yeni avtomobillərini Azərbaycanda test edir, burada sınaqdan keçirir.

Bu yaxşı hal deyil və üstəlik təhlükəlidir. Yeni çıxan avtomobil sınaqdan keçirilməli, Çində sürülməlidir heç olmasa. Heç Çində bu qədər Çin istehsalı avtomobil yoxdur”.

E.Muradlı bildirib ki, bu birim sürücülərə bir siqnal olmalıdır:

“Tam ətraflı öyrənilməli, davranış qaydalarını bildikdən sonra almaq lazımdır. Görürsünüz ki, yanğın baş verir və avtomobildən insanları xilas etmək mümkün olmur. Şüşəni belə sındırmaq olmur. Bu avtomobillər yenilikdir. Bu yeniliyi öyrənmək lazımdır. Öyrəndikdən sonra alıb istifadə etmək daha məqsədəuyğundur. Dilini, təhlükəsizlik qaydalarını bilmədiyimiz avtomobili idarə etmək həyatımız üçün təhlükədir.
Sanki Çin test edir ki, görsün hansı problem çıxacaqsa, növbəti istehsalda bu səhvə yol verməsin. Bu da insanların həyatı bahasına başa gəlir. Çin avtomobili alarkən diqqətli olmaq lazımdır. Hər yeni çıxan model heç də nümunəvi model sayılmır. Gözləmək lazımdır ki, həmin avtomobil sınaqlardan keçsin, ondan sonra almaq olar”.

Nigar İxtiyarqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri