Icma.az
close
up
RU
Çin avtomobillərində ölümcül təhlükə Azərbaycanda da qadağa qoyulacaq?

Çin avtomobillərində ölümcül təhlükə Azərbaycanda da qadağa qoyulacaq?

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Son model avtomobillərdə elektron qapı dəstəkləri alıcılar tərəfindən üstünlük verilən və xarici görünüşünə görə seçilən olduğu üçün bu cür “qapıya yapışıq” dəstəkli yeni maşınlara çox rast gəlinir. Vizual olaraq daha modern və komfortlu görünsə də, əslində problemi ənənəvi qapı dəstəklərindən daha çoxdur, hətta təhlükəlidir. Xoşbəxtlikdən ölkəmizdə baş verməsə də, xarici ölkələrdə qəza etmiş maşında bu tip qapı dəstəyi bloklandığı üçün yanan maşından sürücü xilas ola bilməmişdi.
Elə bloklanma səbəbini də əsas götürən Çin avtomobil sənayesi yeni təhlükəsizlik qaydaları qəbul edib.
2027-ci il yanvarın 1-dən başlayaraq elektron idarə olunan qapı tutacaqlarının istehsalını və satışını ciddi şəkildə məhdudlaşdıracaq. Yeni qaydalara əsasən, bütün avtomobillərdə xaricdən və daxildən mexaniki, ənənəvi dəstəklər olacaq. Sırf dizayn estetikasına görə sürücülərin həyatını təhlükəyə atmaq istəməyən Çin sənayesi bu cür tutacaqları tam araşdırılmadan tətbiq edilmiş mühəndis səhvi hesab edir.
Azərbaycan bazarında əsasən elektromobillərdə belə dizaynlı qapılar müşahidə olunur və son illər çox müraciət edilən modellərdəndir.
Bəs elektron tutacaqlı avtomobillərdə problem nədən qaynaqlanır?
Demokrat.az xəbər verir ki, avtomobil üzrə ekspert Seymur Nağıyev Bizim.Media-ya bildirdi ki, Keyless Go (açarsız giriş və mühərriki işəsalma) sistemi ilə təchiz olunmuş avtomobillərdə qapıların açılması üçün siqnal avtomobil üzərində yerləşən antena vasitəsilə qəbul edilir. Bu texnologiya əsasən start-stop funksiyalı müasir avtomobillərdə tətbiq olunur.
“Antena su ilə təmasa girdikdə sistemin fəaliyyəti pozula bilər. Antena ilə yanaşı dəstəyin özü də suya davamsızdır, yəni qapı dəstəyinin iç hissəsinə su dolduqda onun sıradan çıxmasına səbəb olur. Nəticədə avtomobil açara cavab vermir və qapılar açılmır. Bundan əlavə, avtomobilin pult sistemində də problemlər yarana bilər. Pultun batareyası zəiflədikdə və ya bitdikdə, avtomobillə əlaqə kəsilir və bu da qapıların açılmasında çətinlik yaradır”.
Ekspert tövsiyə edir ki, bu səbəbdən Keyless Go sistemli avtomobillərdə elektron komponentlərin sudan qorunması və pult batareyasının vaxtında dəyişdirilməsi xüsusilə vacibdir.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Fevral 2026 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see300

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see297

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see292

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see275

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see274

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see268

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see266

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see247

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see232

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see216

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see215

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see213

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see209

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see203

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see199

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see192

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see188

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see187

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri