Çin avtomobillərindən İsrail kəşfiyyatı da ehtiyat edir
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail Özünümüdafiə Qüvvələrinin Baş Qərargahı ordunun avtomobil parkındakı Çin istehsalı olan avtomobillərin inventardan çıxarılmasına göstəriş verib. İlk növbədə məxfi informasiya və kəşfiyyata məsul zabitlərin avtomobilləri dəyişdiriələcək.
Avtosfer.az “Israelhayom” saytına istinadla xəbər verir ki, komandanlıq bu avtomobillərin casusluq məqsədi ilə istifadə edilməsindən ehtiyatlanır. 2026-cı ilin martınadək bütün avtomobillər yenilənməlidir.
Hazırda İsrail ordusunun balansında olan 700 Çin avtomobilinin əksəriyyətini “Chery” markalı elektromobillər təşkil edir. 7 yerlik bu maşınlar əsasən çoxuşaqlı zabitlərə verilir.
Bir müddət əvvəl çinli istehsalçıların silahlı qüvvələrin tenderlərində iştirakı dayandırılıb. Bunun ardınca isə hərbi hissələrə Çİn avtomobilləri ilə daxil olmaq tam qadağan edilib.
Qeyd edək ki, Norveçdə də Çin istehsalı olan texnikanın informasiya toplaması ilə bağlı təhqiqat aparılır.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 13 Noyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















