Icma.az
close
up
RU
Çin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən ölkələrdən biridir MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

Çin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən ölkələrdən biridir MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprel ayının 22-si və 24-ü tarixlərində Çin Xalq Respublikasında dövlət səfərindədir. Bu günləri iki tərəfli münasibətlərimiz özünün ən yüksək səviyyəsindədir. Strateji tərəfdaşlıq münasibətləri və keçən ilin iyul ayının 23-ündə Şanxay Əməkdaşlıq Təşkilatının Astana şəhərində keçirilən 24-cü sammitin də, zirvə görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Çin prezidenti Si CİN Pin arasında məhz birgə bəyannamənin imzalanması münasibətlərimizi yüksək səviyyəyə gətirib çıxardır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Onun sözlərinə görə, bu günləri iki tərəfli və çox tərəfli münasibətlərimizi inkişafı üçün unikal imkanlar var. Dövlət başçıları və xalqlarımız dostdur. Çünki 2500 il bundan əvvəl hələ Qədim İpək Yolu ilə xalqlarımız arasında əlaqələr olub: "Eyni zamanda dövlətlərimizdə dostdur. Bax bu reallıqlar indiki yüksək Bakı-Pekin münasibətlərinin formalaşmasına gətirib çıxarıb. Siyasi, iqtisadi, humanitar, media, təhsil, mədəniyyət, nəqliyyat və digər sahələrdə əlaqələrimiz inkişaf dinamikasına malikdir. Siyasi dialoq yüksək səviyyədədir. 2014-cü ildə cənab Prezidentin Çinə işgüzar səfəri oldu, 2015-ci ildə dövlət səfəri baş tutdu, 2019-cu ildə növbəti işgüzar səfəri və indi yenidən dövlət səfəri, həm də cənab Prezident Çin prezidenti Sİ Cin Pini Azərbaycana münasib vaxtda dövlət səfərinə dəvət etdi. Bizim siyasi münasibətlərimizi şərtləndirən ən mühüm amillərdən biri odur ki, Azərbaycan Çin üçün stratejik əhəmiyyətli məsələlərdə onun yanındadır. Çin dövlətinin əsas yanaşması budur ki, qarşımızdakı tərəfdaş dövlət vahid Çin ideyasını qəbul edir yoxsa qəbul etmir. Qəbul edirsənsə, bizim üçün dostsan, tərəfdaşsan – əks halda münasibətlərin taleyi fərqli istiqamətdə formalaşır. Azərbaycan vahidçilik ideyasını müdafiə edən ölkə olaraq hər zaman beynəlxalq tərəfdaşlıqda ədalət və qarşılıqlı hörmət prinsiplərinə önəm verir. Bu baxımdan Çin ilə münasibətlərimiz xüsusilə diqqətəlayiqdir.

Bu gün Çin Xalq Respublikası Azərbaycanın ərazi bütövlüyü və suverenliyini ardıcıl şəkildə dəstəkləyən ölkələrdən biridir. Eyni zamanda, Azərbaycan-Çin iqtisadi əlaqələri də sürətlə inkişaf edir. Çin artıq Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. Bu siyahıda birinci yerdə İtaliya, ardınca isə Türkiyə, Rusiya və Çin qərarlaşıb. Çinlə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur. Hazırda Azərbaycanın ümumi ticarət dövriyyəsində Çinin payı 7,9%-dir. İdxal göstəricilərinə baxdıqda isə Çin birinci yerdədir və bu sahədə payı 17,7%-ə çatıb.

Yükdaşımalar və nəqliyyat sahəsi qarşılıqlı münasibətlərdə mühüm yer tutur. Orta Dəhliz layihəsi hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Çin malları Mərkəzi Asiyadan Qazaxıstan üzərindən Xəzər dənizinə, oradan isə Bakıya, daha sonra Gürcüstana, Türkiyəyə və oradan Qara dəniz vasitəsilə Avropaya çatdırılır. Bu nəqliyyat marşrutu nəticəsində 10 min kilometrlik məsafə 7 min kilometrə qədər qısaldılır və yükdaşımalar cəmi 12 günə reallaşır. Artıq 378 min ton yük bu dəhliz vasitəsilə daşınıb və bu göstərici getdikcə artır.

Təhsil sahəsində də əməkdaşlıq diqqətəlayiqdir. Azərbaycanda iki Konfutsi institutu fəaliyyət göstərir və burada çin dili tədris olunur. Azərbaycanlı gənclərin Çin dilinə və mədəniyyətinə marağı artır və bu da iki ölkə arasında mədəni körpü rolunu oynayır.

Azərbaycanın bir sıra ölkələrdə ticarət nümayəndəlikləri mövcuddur və bunlar arasında Çin xüsusi yer tutur. Çin bazarında artıq Azərbaycanın xalçaları, qida məhsulları və digər məhsulları öz yerini tapıb. Bu da milli brendlərimizin tanıdılmasına mühüm töhfə verir.

Ən önəmlisi isə odur ki, Azərbaycan-Çin dostluğu və strateji tərəfdaşlığı heç bir üçüncü tərəfi hədəf almır. Hər iki dövlət Qlobal Cənubun ayrılmaz hissəsidir və beynəlxalq əməkdaşlıqda tarazlı, konstruktiv mövqe nümayiş etdirir.

Prezident İlham Əliyevin Çinə bu günlərdə etdiyi səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb. Xüsusilə “Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyanat” ikitərəfli və çoxtərəfli münasibətlərimizin yol xəritəsi hesab edilə bilər. Bu səfər iki ölkə arasındakı münasibətləri yeni mərhələyə yüksəldəcək.

Turizm sahəsində də müsbət dinamika müşahidə olunur. 2024-cü ilin yanvar ayından etibarən Azərbaycan Çin vətəndaşları üçün vizasız rejim tətbiq etməyə başlayıb. Bu qərarın nəticəsində Çindən gələn turistlərin sayı iki dəfə artıb. Bu isə təkcə turizm deyil, mədəni və iqtisadi əlaqələrin də dərinləşməsi deməkdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Aprel 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri