Çin bataqlıq sahəsinə görə dünyada dördüncü, Asiyada isə birinci yerdədir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 fevral, AZƏRTAC
Çinin bataqlıq ərazilərinin ümumi sahəsi Asiyada birinci, dünyada isə dördüncü yerdə qərarlaşıb.
AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Meşəçilik və Çəmənliklər üzrə Dövlət Administrasiyası məlumat yayıb.Bildirilib ki, son illər ölkədə bataqlıq ekosistemlərinin qorunması və bərpası gücləndirilib, müvafiq qanunvericilik bazası təkmilləşdirilib. Hazırda Çində 82 beynəlxalq əhəmiyyətli, 80 milli əhəmiyyətli bataqlıq ərazisi mövcuddur.
Ölkədə, həmçinin 22 beynəlxalq bataqlıq şəhəri və 903 milli bataqlıq parkı fəaliyyət göstərir. Onların təxminən 90 faizi ictimaiyyət üçün pulsuzdur.
Qeyd edək ki, bu məlumat Dünya Bataqlıqlar Günündə açıqlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 02 Fevral 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















