Çin çayının növ müxtəlifliyinin ekologiyası haqqında kitab nəşr edilib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 13 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu elmi əməkdaşlarının həmmüəllifi olduqları “Çin çayı növ müxtəlifliyinin (Thea sinensis L.) ekologiyası” kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab Azərbaycanın subtropik bölgələrindən olan Lənkəran- Astara rayonunun iqlim-torpaq şəraitində becərilən Çin çayı növ müxtəlifliyinin (Thea sinensis L.) ekoloji amillərin təsiri nəticəsində baş verən biomorfoloji, fizioloji, biokimyəvi, boy və inkişaf dinamikasının dəyişməsinə həsr edilib. Nəşrdə ekoloji amillərin təsiri nəticəsində çay bitkisinin davamlılıq xüsusiyyətləri, fotosintez prosesinin fəallığı, çay yarpaqlarında xlorofilin miqdarının dinamik dəyişməsi, çay fleşlərində flavonidlərin, eləcə də ekstraktiv maddənin miqdarı, çayın rəng çalarlarının metal ionlarından asılı olaraq dəyişməsi və müxtəlif suvarma tədbirlərinin təbliği və s. öyrənilib, çayın keyfiyyət göstəricilərinin ekoloji amillərdən asılılığı şərh edilib.
Kitab çay becərən mütəxəssislər, tələbə, doktorant və müəllimlər üçün nəzərdə tutulub.
Baxış sayı:45
Bu xəbər 13 Oktyabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















