Çin də müharibəyə qoşulur? Gizli əməliyyatlar ifşa oldu
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
İranın "Şabdis" və "Barzin" gəmilərinin Çin sahillərindən ballistik raketlərin istehsalı üçün lazım olan kimyəvi maddələrlə yüklənərək yola düşdüyü bildirilir.
Demokrat.az xəbər verir ki, "The Washington Post" qəzetinin peyk görüntülərinə istinadən yaydığı məlumata görə, sözügedən gəmilər Çinin Çjuhay şəhərindəki Qaoalan limanında lövbər salıb.
Ekspertlərin qənaətinə görə, bu liman raket yanacağının əsas tərkib hissəsi hesab edilən natrium-perxloratın daşınması üçün istifadə olunur. Məhz bu maddənin İranın raket proqramının inkişafında kritik rol oynadığı qeyd edilir. Gəmilərin son ünvanının İranın Bəndər-Abbas limanı olduğu ehtimal edilir.
Beynəlxalq müşahidəçilər hesab edir ki, bu addım Çinin xarici siyasətində ciddi dəyişikliyin göstəricisi ola bilər. Pekin indiyədək Yaxın Şərqdəki gərginliklərdən uzaq durmağa və Vaşinqtonla birbaşa qarşıdurmaya səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çalışıb.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Araqçi daha əvvəl ölkəsinin Rusiya və Çindən siyasi və digər istiqamətlərdə dəstək aldığını təsdiqləyib. Bununla belə, rəsmi Tehran bu yardımların detalları barədə məlumat verməkdən imtina edib.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Çin gizli əməliyyatlar üçün ağcaqanad ölçüsündə PUA hazırladı
25 İyun 2025 14:57
KİV: Mossad İranda gizli əməliyyatlar aparıb
13 İyun 2025 11:15
Görünən casuslar, görünməyən cəbhələr: Gizli əməliyyatlar artıq gizli deyil
24 İyun 2025 23:01
Sualtı əməliyyatlar üçün gizli təlim poliqonu yaradılıb...
26 Oktyabr 2025 20:37
Çin cari əməliyyatlar profisitini birinci rübdə artırıb
17 May 2026 16:53
Baxış sayı:124
Bu xəbər 08 Mart 2026 18:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları