Icma.az
close
up
RU
Çin dilinə dair beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu olub

Çin dilinə dair beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu olub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda məktəblilər arasında 18-ci “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsinin seçim turu keçirilib. Tədbir Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkənin Beynəlxalq Təhsil Fondu və Konfutsi İnstitutu tərəfindən təşkil olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə orta məktəb və gimnaziya şagirdləri, eləcə də Konfutsi İnstitutundakı Çin dili kurslarının dinləyiciləri qatılıblar. Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib ki, müsabiqənin məqsədi məktəblilərin Çin dili və mədəniyyəti biliklərini nümayiş etdirməkdir: “Çin və Azərbaycanın dövlət başçılarının strateji rəhbərliyi ilə ölkələrimiz arasında münasibətlər daim inkişaf edir. Siyasi etimad möhkəmlənir, əməkdaşlıq güclənir, beynəlxalq arenada qarşılıqlı dəstək artır. Prezident İlham Əliyevin bu ilin aprelində Çinə səfəri zamanı liderlərimiz hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu elan etdilər. Bu, mədəni mübadilələrə, qarşılıqlı anlayışa və gənclərin Çin dilini öyrənmək imkanlarına yeni perspektivlər açdı.

Çin dili dünyanın ən qədim və ən geniş istifadə olunan dillərindən biridir, beş min illik sivilizasiyanın daşıyıcısıdır və Çinlə dünyanı birləşdirən mühüm körpüdür. Hazırda 190-dan çox ölkə və bölgədə Çin dili tədris olunur, 85 ölkə onu milli təhsil sisteminə daxil edib, 30 milyondan çox insan xaricdə Çin dili öyrənir. Azərbaycanda bu müsabiqə artıq 17 dəfə keçirilib və mədəni əlaqələrin tanınmış brendinə çevrilib. Yarışma dil, mədəniyyət və dostluq körpüsü rolunu oynayır.

Bu il müsabiqə “Çin dili ilə arzuların ardınca, gəncliyə layiq həyat” devizi ilə keçirilir. Ümid edirəm ki, Çin dilini bir “qızıl açar” kimi istifadə edərək həyat yolunuzda yeni imkanlar qazanacaq, Çin-Azərbaycan dostluğunun davamçıları olacaqsınız. Səfirlik olaraq təhsil və humanitar sahələrdə əməkdaşlığı genişləndirməyə, Çin dili tədrisini və gənclərin Çinə səfər imkanlarını dəstəkləməyə hazırıq”.

ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova çıxış edərək Azərbaycan-Çin təhsil əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov isə iki ölkə arasında təhsil sahəsində genişlənən əməkdaşlıqdan danışıb. O qeyd edib ki, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” Çin dilinin Azərbaycanda tədrisinə yeni təkan verib. Sənəddə dil mübadiləsinin inkişafı, hər iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisi, Konfutsi institutlarının inkişafına dəstək məsələləri yer alıb. HSK imtahanlarının uğurla keçirilməsi Çin dilini öyrənməyə marağın artdığını və tədrisin keyfiyyətinin yüksəldiyini göstərir.

Seçim turu iki mərhələdə keçirilib. İştirakçılar Çin dilində çıxış edib, Çin mədəniyyəti ilə bağlı sualları cavablandırıb və bədii nömrələr nümayiş etdiriblər. Onların çıxışları səfirlik nümayəndələrinin də daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Müsabiqənin qalibləri Çində keçiriləcək beynəlxalq finalda iştirak edəcək. I yerə ADU Konfutsi İnstitutunun tələbəsi Kamil Bunyatov layiq görülüb. Bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri