Çin dövlət qurumları üçün “Windows” dəstəyini dayandırır
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 20 avqust, AZƏRTAC
Pekin dövlət qurumları üçün nəzərdə tutulmuş “Microsoft” şirkətinin “Windows” əməliyyat sisteminin köhnə versiyasına dəstəyi vaxtından əvvəl dayandırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən yazıb.
Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi dövlətlə əlaqəli bəzi təşkilatlara kompüterlərində “Windows 10” əməliyyat sisteminin modifikasiya edilmiş versiyasını silmək göstərişi verib.
“Windows”un bu versiyası “Microsoft” və “China Electronics Technology” dövlət şirkətinin birgə müəssisəsi olan “C&M Information Technologies” (CMIT) tərəfindən hazırlanıb. “CMIT” “Windows”un istifadədən çıxarılmasını 2027-ci ilin fevralında həyata keçirməyi planlaşdırırdı, lakin bunu vaxtından əvvəl edib. Bu qərar şirkətin özü üçün də gözlənilməz olub.
“Pekinin bu göstərişinə səbəb məlumatların təhlükəsizliyi ilə bağlı narahatlıqlar olub, lakin konkret hansı potensial zəif yerlərin Çin rəsmilərini narahat etdiyi dəqiqləşdirilməyib”, – deyə agentlik yazıb.
Avqustun ortalarında “Microsoft”un Çindəki fəaliyyətini məhdudlaşdırdığı məlum olub. “Reuters” agentliyi xəbər verib ki, “Microsoft” Çində ən azı 15 filial və birgə müəssisəsini bağlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 20 Avqust 2026 08:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















