Icma.az
close
up
RU
Çin güc mərkəzi olur: Cənubi Qafqaz və Yaxın Şərqdə yeni vasitəçilik rolunda ŞƏRH

Çin güc mərkəzi olur: Cənubi Qafqaz və Yaxın Şərqdə yeni vasitəçilik rolunda ŞƏRH

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Çin artıq bir qütbə, mərkəzə çevrilir. O, ABŞ ilə rəqabətə davam gətirən başlıca müqavimət mərkəzi kimi çıxış edir. Ölkənin iqtisadi gücü, texnoloji uğurları, siyasi məsələlərdə tutduğu mövqe bir sıra münaqişəli məsələlərə vasitəçilik etməsinə də imkan verir.

Çinin beynəlxalq aləmdə uğurunu şərtləndirən amillərə bunları nümunə göstərmək olar: tərəfdaşın daxili işinə qarışmamaq, hərbi gücdən istifadə etməmək, tərəfdaşa hörmətlə yanaşmaq, iqtisadi əlaqələri, əməkdaşlığı inkişaf etdirmək, yumşaq güc siyasətini tətbiq etmək. Pekin həm də elm və texnoloji qüdrəti ilə üstünlük əldə edir.

Azərbaycan Çinin Cənubi Qafqazda etibarlı tərəfdaşıdır. Bu, 44 günlük Vətən müharibəsindən əvvəl də, sonra da dəyişməyib. Daha da inkişaf edib. Hələ 10 il əvvəl iki ölkə arasında 10 sənəd imzalanıb. 2015-ci il dekabrın 10-da Prezident İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Cinpinlə Pekində görüşüb. Onda “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannaməsi”ni ölkələrin liderləri imzalayıb.

2024-cü il iyulun 3-də isə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bu Çinin Cənubi Qafqazda rolunun artmasına şərait yaradan mühüm sənəddir.

Bəyannaməyə əsasən, tərəflər beynəlxalq və regional vəziyyətin tektonik və mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılıq əldə ediblər. Tərəflər bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət etdiklərini vurğulayaraq, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyirlər.

Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir.

Sənəddə bildirilib ki, Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”) tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazır olduğunu bildirir.

Belə ehtimal etmək olar ki, Çinin perspektivdə Zəngəzur yolunun açılması layihəsini də dəstəkləməsi mümkündür.

Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində iki ölkə arasında ticarət dövriyyəsindən danışarkən deyib: “Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bəli, həqiqətən Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb”.

Bu, Çinin Cənubi Qafqazda tərəfdaşı ilə əməkdaşlığının inkişafının göstəricisidir.

Prezident müsahibəsində dil və təhsil məsələlərindən bəhs edərək vuruğulayıb: “Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur. Sevindirici haldır ki, son illərdə Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb, müvafiq kafedra yaradılıb”.

Heydər Əliyev Fondunun Nizami Gəncəvinin büstünü Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinə hədiyyə etməsi isə Azərbaycan mədəniyyətinin Çinlə əlaqələrdəki dəyərini nümayiş etdirir. Bu cür mədəni fəaliyyətlər, xalqlarımız arasında daha yaxın əlaqələrin qurulmasına və qarşılıqlı anlaşmanın güclənməsinə mühüm töhfə verir. Sözügedən büstün isə Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasında daimi nümayişi Azərbaycan üçün böyük rəmzi xarakter daşıyır.

Torpaqları Ermənistanın işğalı altında olduğu dövrdə də rəsmi Pekin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini daim müdafiə edib. Bu mövqeyi ona Cənubi Qafqaz bölgəsində etibarlı tərəfdaşlıq qazandırıb.

Rəsmi Pekin Ermənistan və Gürcüstanla əlaqələri inkişaf etdirir. Bu da Çinin regionda iqtisadi-ticarət sahəsində əməkdaşlığını genişləndirməsinə optimal şərait yaradır. Çin 2013-cü ildə irəli sürdüyü “Bir Kəmər Bir Yol” (2016-cı ildən “Kəmər və Yol Təşəbbüsü”) layihəsi Cənubi Qafqazda da dəstəklənib. Bu özəlliyinə görə Çin Cənubi Qafqazda qonşusu və rəqibi sayılan Hindistandan daha etibarlı sayılır.

Rəsmi Pekin Yaxın və Orta Şərqdə də fəallığını artırıb. Onun vasitəçiliyi nəticəsində regionun iki nüfuzlu ölkəsi - İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər normallaşıb.

Çin hesab edir ki, Yaxın Şərq güclər arasında geosiyasi mübarizə üçün döyüş meydanı ola bilməz, bu regionun taleyi onun xalqının əlində olmalıdır. Bu vasitəçilik Tehran və Ər-Riyadda ölkələrin səfirliklərinin səfir səviyyəsində fəaliyyətini bərpası ilə yekunlaşıb.

Fələstin-İsrail münasibətlərinin normallaşması istiqamətində də Çin diplomatik fəallıq göstərir. 2024-cü ilin iyulunda Fələstinin aparıcı hərəkatları - FƏTH və HƏMAS Pekində müvəqqəti hökumətin qurulmasının vacibliyinə dair razılığa gəlmişdilər. Tərəflər yekun sənəd olaraq “Pekin bəyannaməsi”ni qəbul etmişdilər. Bu sənəddə milli razılıq hökumətinin qurulmasının əsas prinsipləri öz əksini tapıb.

Son illər Çin Körfəz Əməkdaşlıq Şurası ilə siyasi və iqtisadi əlaqələri gücləndirib. Yayılan hesabatlara əsasən, 2022-ci ildə Çinlə onlar (Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri) arasında ümumi ticarət həcmi 315,8 milyard dollar təşkil edib. Bu quruma üzv ölkələr Çinin Yaxın Şərqdəki ən böyük ticarət tərəfdaşları sırasındadır.

Körfəz Əməkdaşlıq Şurası ölkələri dünyanın doqquzuncu ən böyük iqtisadiyyatına malikdir. Çin isə bu göstəriciyə görə, ABŞ-dən sonra ikincidir. Bu da iki region arasında əməkdaşlığı qlobal iqtisadiyyatın mühüm elementinə çevirir. Hərtərəfli strateji tərəfdaşlıq, çoxtərəfli fəaliyyət planları, birgə təşəbbüslər yaxın gələcəkdə Çinlə Körfəz Əməkdaşlıq Şurası arasında azad ticarət sazişinin imzalanması ilə də nəticələnə bilər. 2023-cü ilin iyununda Ər-Riyadda keçirilən 10-cu Ərəb-Çin Biznes Konfransında ÇXR-in 2030-cu ilə qədər Körfəz suveren fondlarından 1-2 trilyon dollar vəsait ala biləcəyi qeyd edilib.

Körfəz ölkələri ABŞ-nin strateji və ticarət tərəfdaşları, bir sıra məsələlər üzrə müttəfiqləridir.

İsrail isə regionda ABŞ-nin ən yaxın strateji müttəfiqidir. HƏMAS-İsrail müharibəsində rəsmi Pekin neytral mövqe nümayiş etdirərək hər iki tərəfin zorakılığını pisləyərək onlar arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirmişdi.

Çin “soyuq müharibə” illərində həmişə ərəb müttəfiqləri ilə həmrəy olduğunu bildirib, BMT-də İsrailin əleyhinə tez-tez səs verib. Yalnız 1992-ci ildə Pekin yəhudi dövləti ilə rəsmi olaraq diplomatik münasibətlər qurub. O vaxtdan Çin İsrailə, ilk növbədə, ticarət tərəfdaşı kimi baxır. Ötən il ikitərəfli ticarət dövriyyəsi 22 milyard dollara yaxın olub.

Yeri gəlmişkən, 2023-cü ilin oktyabrında İsrailin Baş naziri Binyamin Netanyahunun Çinə səfəri, tərəflər arasında azad ticarət sazişinin bağlanması məsələsi gündəmdə idi. Ancaq HƏMAS qruplaşmasının İsrailə hücumu səbəbindən bu tədbir təxirə salınıb.

Bu qısa icmaldan da göründüyü kimi, Çin Cənubi Qafqaz və Yaxın Şərq üçün alternativ güc ola bilər. Hər iki bölgədə ABŞ-nin, Cənubi Qafqazda Rusiyanın da nüfuzu yüksəkdir. Rəsmi Pekin onlardan fərqli olaraq əlaqələr zamanı iqtisadi-ticarət əməkdaşlığına üstünlük verdiyindən daha cəlbedici və əlverişli tərəfdaş sayılır.

Bir vaxtlar dünya güclərinin nəzarəti altına aldıqları, yaxud almaq istədikləri Çin indi onlara alternativdir. Yaxın Şərq və Cənubi Qafqaz Pekin üçün əlaqələri gücləndirmək baxımından indiki şəraitdə yeni bölgələrdir.

Sədrəddin Soltan 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Aprel 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri