Icma.az
close
up
RU
Çin hərəkətə keçdi, Pekindən Avropaya ciddi mesajlar Tramp rəqibləri tərəfdaşa çevirir

Çin hərəkətə keçdi, Pekindən Avropaya ciddi mesajlar Tramp rəqibləri tərəfdaşa çevirir

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Çin xarici işlər nazirinin Münhen Təhlükəsizlik Konfransındakı çıxışı diqqətəlayiqdir.

Nazir Van İ (Wang Yi) ölkəsinin mövqeyini ümumiləşdirərkən aşağıdakı mühüm məqamları qeyd etdi:

- Çin Avropaya rəqib kimi yox, tərəfdaş kimi baxır;

- Müharibə Avropada gedir və Avropa İttifaqı Ukrayna sülh prosesində vacib rol oynamalıdır;

- Ukrayna məsələsi 4 prinsip – hər iki ölkənin ərazi bütövlüyü və suverenliyi; BMT Nizamnaməsinin prinsip və qaydalarına əməl olunması; hər iki tərəfin maraqlarının nəzərə alınması; sülhə aparacaq bütün vasitələrdən istifadə - əsasında həll olunmalıdır.

Əlbəttə ki, Çinin mövqeyinə hazırda beynəlxalq münasibətlərə (o cümlədən beynəlxalq iqtisadi əlaqələrə) yeni oyun qaydaları gətirməyə çalışan Tramp reallığı nöqteyi-nəzərindən yanaşmaq lazımdır. Çin gözlənilən fırtınadan (ticarət savaşı) özünü qorumağa və ehtiyac halında qarşı tərəfə əks zərbə endirməyə hazırlaşır.

Pekində aydın dərk edirlər ki, Trampın ənənəvi ittifaqlara, çoxtərəfli tərəfdaşlıqlara soyuq baxması, NATO-nun 5-ci maddəsinə bağlı qalacağına və bu çərçivədə Avropanı qoruyacağına olan şübhələr, Çinlə birlikdə Avropaya da rüsumlar vasitəsilə zərbə endirmək niyyəti, vitse-prezident Vens və müdafiə naziri Heqsetin avropalılara qarşı sərgilədikləri təkəbbür, dikbaşlıq, lovğalıq və Avropa radikal sağına ABŞ-dan verilən açıq dəstəyin Avropa müəssəs-nizamında yaratdığı ciddi narahatlıqlar Avropa İttifaqını istər-istəməz Çinlə yaxınlaşmağa, ən azı onu ABŞ-ın anti-Çin strategiyasına dəstək verməməyə sövq edir. Belə bir anda Çinin vəzifəsi təbii ki, transatlantik ittifaqda əmələ gəlmiş bu çatı daha da dərinləşdirmək və iki tərəfi bir-birindən mümkün qədər ayırmağa çalışmaqdır. Qədim Çin müdrikliyi – “Savaş sənəti”, “36 Stratagem” kimi traktatlarda ifadə olunan taktikalar bu cür durumlarda yol göstəricidir. Gözlənilən qarşılıqlı rüsumlar nəticəsində ABŞ-la azalacağı ehtimal olunan ticarət həcmini tərəflər (Aİ və Çin) ötən il 786 milyard dollar təşkil etmiş ticarət dövriyyəsini daha da artıraraq qismən kompensasiya edə bilər. (Məsələn, Çin Almaniya avtomobil sənayesinin tənəzzülünə səbəb olan siyasətindən qismən geri addım atmaqla ona jest edə bilər və sair). Bu səbəbdən Çin Aİ-yə “rəqib yox, tərəfdaşıq” deyərək bərabər hərəkət etməyi təklif edir.

Avropanın Ukrayna məsələsinin həlli prosesində yer almasının zəruriliyini vurğulaması da Çinin bu yanaşmasının tərkib hissəsidir. Bu, eyni zamanda Rusiyaya da bir mesajdır. Çünki Putin Ukrayna başda olmaqla, bütün aktual beynəlxalq mövzuları Trampla ikitərəfli müstəvidə müzakirə və mümkün olarsa, həll etmək niyyətindədir. Putinin Avropa ilə bərabər Çinin də olmadığı masa qurmaq istəməsi Pekində məqbul qarşılana bilməz. Eyni zamanda Çin Avropanın nəzərinə çatdırır ki, ABŞ-ın təhlükəsizlik çətirini itirəcəyiniz şəraitdə Rusiyanın aqressiv təsirini balanslaşdırmaqla, sizi qoruyacaq gücə də sahibəm.

Tramp və komandasının BMT, beynəlxalq hüquq anlayışlarını ağızlarına almayıb meşə qanunlarına üstünlük verdikləri bir dövrdə Çinin antitez kimi ərazi bütövlüyü, suverenlik, BMT prinsiplərinin əhəmiyyətini vurğulaması da gözdən qaçmamalıdır. Çin hazırda xaos vəd edən ABŞ-dan fərqli olaraq, daha məsuliyyətli qlobal güc olduğunu, qayda və prinsiplərə əsaslanan beynəlxalq sistemin qorunub salxlanılmasına tərəfdar çıxdığını Avropaya və dünyaya göstərməklə yaranmış fürsətdən öz nüfuzunu genişləndirmək istiqamətində yararlanmağa çalışır.

Yeni sərt reallıqlar Avropanı (Aİ + Britaniya) ekzistensial seçim qarşısında qoyur: ya strateji muxtariyyət və müstəqil güc mərkəzinə çevrilmək, o cümlədən "Qlobal Britaniya" konsepsiyası istiqamətində sözdən işə keçib real addımlar atmaq; ya da əriyib sıradan çıxmaq. Görünən odur ki, qoca qitə ingilislərlə bərabər hərəkət etməklə birinci yolu seçməyi düşünür. Aİ cari mərhələdə Ukrayna məsələsində mütləq şəkildə söz sahibi olmaq istəyir. Müharibədən sonrakı mərhələdə isə Aİ Ukraynanı mümkün olan ən qısa müddətdə öz içinə alaraq, onun hərbi gücünü də inteqrasiya etməklə, öz hərbi komponentini gücləndirməyə çalışacaq. Yeri gəlmişkən, bu vəzifəyə nail olmaq üçün Aİ-nin Türkiyəyə də ehtiyacı yaranacaq. Aİ-Türkiyə strateji tərəfdaşlığının hər sahədə dərinləşməsi hər iki tərəfin marağına uyğun perspektiv kimi görünür.

Şahin Cəfərli,

siyasi şərhçi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Fevral 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri