Icma.az
close
up
RU
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır

Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 sentyabr, AZƏRTAC

Çin hökuməti öz iqtisadiyyatını artan geosiyasi qeyri-sabitlikdən qorumaq üçün ölkə daxilində neftdən nadir torpaq elementlərinə qədər resursları fəal şəkildə axtarır.

AZƏRTAC xəbər verir ki, Çin öz iqtisadiyyatını xammalın getdikcə daha güclü təsir vasitəsinə çevrildiyi qeyri-sabit geosiyasi mühitdən qorumağa çalışaraq, neftdən nadir torpaq elementlərinə qədər genişmiqyaslı resurs kəşfiyyat kampaniyasına başlayıb.

“South China Morning Post” qəzetinin məlumatına görə, enerji nazirinin müavini Çjou Sinin “mineral kəşfiyyatına hücum” adlandırdığı iddialı proqram Çinin çatışmayan resursları olan neft, dəmir, mis və alüminiuma, eləcə də ölkənin artıq dominantlıq etdiyi sektor olan nadir torpaq elementlərinə yönələcək.

Onun sözlərinə görə, Çinin 2026-cı ildən 2030-cu ilə qədər olan yeni beşillik iqtisadi dövrünü əhatə edən plana təxminən 300 enerji və resurs bazasının tikintisi də daxil olacaq.

Çinin kəşfiyyat işlərinə yenidən başlaması ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda təchizat zəncirinin təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı, habelə ölkələrin artan iqtisadi, texnoloji və hərbi gərginliklər şəraitində vacib minerallara çıxış uğrunda rəqabət apardığı bir vaxta təsadüf edir.

Nazirliyin məlumatına görə, yanvar-avqust ayları arasında Çin təxminən 70 milyon ton neft ehtiyatı və 610 milyard kubmetr təbii qaz kəşf edib. Bu il əsas kəşflər cənub-qərbi Siçuan əyalətindəki Maoniuping böyük nadir torpaq mədəni və mərkəzi Anhui əyalətindəki Çatinq mis-qızıl mədəni olub.

Nazir müavinin sözlərinə görə, ölkə dərin dəniz kəşfiyyatını inkişaf etdirmək və əvvəllər istifadəyə yararsız hesab edilən aşağı dərəcəli, istismarı çətin olan mineral yataqlarını yenidən qiymətləndirmək üçün süni intellektdən istifadə edəcək.

Nazirliyin məlumatına görə, ötən ilin sonunda Çin nadir torpaq elementləri və volfram da daxil olmaqla 14 mineral üzrə dünyanın ən böyük ehtiyatlarına sahib idi. Ölkə, həmçinin kömür, dəmir və litium da daxil olmaqla doqquz digər mineral arasında dünyanın ən yaxşı dördlüyünə daxil olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri