Çin ilk dəfə olaraq Almaniyaya ən çox avtomobil tədarük edən ölkə oldu
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Çin ilk dəfə Almaniyaya avtomobil tədarük edən ölkələr arasında birinci yeri tutub.
Avtosfer.az "ITHome" nəşrinə istinadən xəbər verir ki, ilin əvvəlindən etibarən Çindən Almaniyaya avtomobil idxalı say baxımından 120% artıb.
Bu artım Çinə Çexiya və İspaniyanı geridə qoymağa imkan verib. 2026-cı ilin ilk yeddi ayı ərzində Çindən Almaniyaya ümumilikdə 175 min avtomobil gətirilib. Çexiyadan 173 min, İspaniyadan isə 157 min avtomobil idxal olunub.
Artım əsasən tədarükü müvafiq olaraq 66% və 36% artan elektromobillər və hibrid avtomobillər hesabına baş verib.
Avropanın ən böyük avtomobil bazarlarından biri olan Almaniyada ümumi avtomobil idxalı 16% artaraq 1,3 milyon ədədə çatıb. Əks istiqamətdə, yəni Almaniyadan digər ölkələrə avtomobil tədarükü isə 4% azalaraq 2 milyon ədəd təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 25 Sentyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















