Icma.az
close
up
RU
Çin İrəvana buna görə səfir göndərmir... Manasaryan

Çin İrəvana buna görə səfir göndərmir... Manasaryan

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Çin Ermənistanla əlaqələrin inkişafı məsələsində gözləmə mövqeyi tutub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Çindəki keçmiş səfiri Sergey Manasaryan bildirib.

Çinin İrəvandakı səfirinin artıq 6 aydan çox müddətdir təyin edilməməsinə münasibət bildirən Manasaryan bunun normal hal olmadığını deyib:

"Təbii ki, bu, normal hal deyil. Normal praktika ondan ibarətdir ki, vəzifəsini tərk edən səfir hakimiyyətə yeni namizədin adını təqdim edir və sonra postdan gedir. Amma bu baş verməyib və artıq 6 aydır ki, səfir yoxdur. Bu, problemin olduğuna işarədir. Problemin nə qədər ciddi olduğunu zaman göstərəcək”.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin Çinlə bağlı mövqeyi dəyişməyib:

“İrəvan Tibet, Tayvan və uyğur məsələlərində Çini dəstəkləyib, eyni zamanda digər ölkələrlə münasibətləri inkişaf etdirib. Şəxsi fikrimə görə, hamı ilə dil tapmağa çalışdığımız dövrlər geridə qalıb. İndi dəqiq qərar vermək lazımdır – kimlə birgə addımlayırsan və necə yaşamağa davam edirsən”.

Keçmiş səfir qeyd edib ki, Çin postsovet ölkələri ilə münasibətləri belə qurur:

“Pekin üçün həmin ölkələrin Moskva ilə münasibətləri bir növ "lakmus kağızı" rolunu oynayır. Əgər münasibətlər normaldırsa, bu, Çin üçün "yaşıl işıqdır" və Pekin fəal şəkildə əlaqə qurur. Əks halda, bu, həmin ölkənin Qərbə meyilləndiyi anlamına gəlir ki, bu da Çin üçün "qırmızı olmasa da, sarı işıq"dır. Fikrimcə, hazırda çinlilər üçün 'sarı işıq' yanır və onlar bizim hansı istiqamətə gedəcəyimizi gözləyəcəklər”.

Onun sözlərinə görə, Çin "Şimal-Cənub" layihəsinə maraq göstərib.

“Bir neçə il əvvəl Çin şirkətləri cənub hissəsində iri tenderdə iştirak etmək istəyirdi. Məlum idi ki, tenderdə məhz onlar qalib gələcək. Buna görə də, Avropa Yenidənqurma və İnkişaf Bankı layihəni bir neçə kiçik hissəyə böldü. Ümumilikdə, əgər Ermənistan Çinlə münasibətləri qoruyub saxlamasa, İrəvan ciddi bir tərəfdaşını itirə bilər. Bu tərəfdaş artıq beynəlxalq qütblərdən biri olmasa da, yaxın zamanda onlardan birinə çevriləcək”, –diplomat qeyd edib.

Xatırladaq ki, Çinin Ermənistandakı əvvəlki səfiri Fan Yun iyul ayında öz missiyasını başa çatdırıb və o vaxtdan bəri bu vəzifə boş qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Yanvar 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see482

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see466

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see391

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see384

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see360

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see353

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see344

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see343

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see340

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see318

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see292

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see289

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see263

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see239

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see235

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see232

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see212

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see198

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri