Icma.az
close
up
RU
Çin kosmosdakı mövcudluğunu artırır: ABŞ generalı xəbərdarlıq edir

Çin kosmosdakı mövcudluğunu artırır: ABŞ generalı xəbərdarlıq edir

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

ABŞ rəsmiləri hesab edir ki, Çinin kosmosdakı fəaliyyətləri ən narahatedici hərbi addımlardan biridir.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Kosmik qüvvələrinin komandanı general-leytenant Duqlas Şiss Merilend ştatında keçirilən Hava və kosmik qüvvələr assosiasiyasının illik konfransında bildirib.

Onun sözlərinə görə, Çin inanılmaz sürətlə hərbi-kosmik imkanlarını artırır və ABŞ üçün əsas təhlükəyə çevrilib:

"Onlar potensiallarını demək olar ki, hər ay gücləndirirlər və bu, bizim aktivlərimizi risk altına salır. Çin açıq şəkildə bizim ən böyük təhlükəmizdir”.

Şiss əlavə edib ki, Çin "məhv zənciri” adlandırılan və ABŞ-ın dəniz, quru və hava qüvvələrinə uzaq məsafədən zərbə endirməyə imkan verən sistem qurur. Kosmos isə bu məsafələri daha da artırmaq üçün əsas vasitəyə çevrilir. Bundan başqa, Çin əks-kosmik imkanlar yaradaraq ABŞ-ın peyklərinə və digər obyektlərinə təhdid yaradır.

ABŞ kəşfiyyatına görə, Çin ordusu bu addımları ABŞ-ın mümkün regional müdaxiləsini məhdudlaşdırmaq və çəkindirmək məqsədilə atır.

Mövzu ilə bağlı "Demokratiyaların müdafiəsi fondu"nun hərbi-siyasi güc mərkəzinin direktoru Bredli Bouman da xəbərdarlıq edib:

"Kosmos bizim kəşfiyyat, müşahidə və hədəf təyinatı imkanlarımızı gücləndirən ən yüksək məkan, bizim gözlərimiz və qulaqlarımızdır. Əgər rəqiblərimiz bu sahədə üstünlük əldə etsələr, bu, son dərəcə təhlükəlidir”.

Onun fikrincə, Çin ABŞ-ın kosmosdakı imkanlarını sıradan çıxarsa və ya üstələsə, bu, xəbərdarlıqların azalmasına, əməliyyatların çətinləşməsinə və nəticədə döyüşdə, hətta müharibədə məğlubiyyətə gətirib çıxara bilər.

Şiss bildirib ki, ABŞ ordusu öz qüvvələrini qorumaq üçün orbitə daha çox peyk, xüsusən də kəşfiyyat və müşahidə peykləri çıxarmağa davam etməlidir.

ABŞ Kosmik qüvvələrinin məlumatına görə, 2025-ci ilin iyuluna qədər Çinin orbitdə 1189-dan çox peyki olub ki, bu da 2015-ci ilin sonundan bəri 927 faiz artım deməkdir. Onların 500-dən çoxu optik, multispektral, radiolokasiya və radiofrekans sensorları ilə təchiz edilmiş kəşfiyyat peykləridir. Bu isə Çinin ABŞ-ın aviadaşıyıcılarını, ekspedisiya qüvvələrini və hava qanadlarını aşkar etmək imkanlarını əhəmiyyətli dərəcədə artırır.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Sentyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri